Aprelin 19-da
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Gecə 8-12°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək Gecə 6-10, gündüz 19-24° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək Gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-10°i, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 5-10°, gündüz 13-18°, bəzi yerlərdə 21°dək, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11°, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-11°, gündüz 14-19°, bəzi yerlərdə 22°-dək, dağlarda gecə 6-8°, gündüz 10-15° isti olacaq.

