Rənglərdəki uzunömürlülüyün sirri

post-img

Alimlər İntibah dövrü rəsmlərinin uzunömürlülüyünün sirrini açıblar. 

Belə ki, “Business Insider”in məluma­tına görə, Almaniyanın “Karlsrue” Texno­logiya İnstitutunun əməkdaşları Sandro Botticelli, Leonardo da Vinci, Albrecht Dürer, Rembrandt və digər rəssamların yumurta sarısı əlavə etməklə təcrübə apardıqlarını müəyyən ediblər. Rəsmlə­rin nəmə davamlılığını artırmaq, eləcə də qırışma və saralmaların qarşısını al­maq üçün bu tərkibi yağlı boyaya əlavə ediblər.

Əsərlərin təhlili zamanı mütəxəssis­lər belə manipulyasiyanın antioksidant rolunu oynadığını, boyanın yağa və piq­mentə ayrılmasını ləngitdiyini müəyyən ediblər. 

“Nəticələrimiz göstərir ki, hətta çox az miqdarda yumurta sarısı ilə yağlı bo­yanın xassələrində ciddi dəyişiklik əldə etmək olur. Bu zaman rəsmlər quruduq­da çatlamır və saralmır. Bunun sayəsin­də dünya hələ də Leonardo da Vinçinin və digər rəssamların şah əsərlərinə hey­ran ola bilirlər”, – deyə alimlər yekunlaş­dırıblar.

Əvvəllər məşhur kətan üzərində iş­lənmiş Van Qoqun naməlum avtoportreti aşkar edilmişdi. Əsər yapışqan və karton təbəqələrinin altında gizlədilmişdi.

Aytən NƏCƏFOVA,
“Xalq qəzeti”

Sosial həyat