Yeni araşdırmada elm adamları yadplanetli həyatın mövcud ola biləcəyinə dair yeni bir ehtimalı araşdırıblar.
Güman edilir ki, “qravitasiya kilidi” adlanan yeni fenomen bəlkə də həyatı dərk etmək üçün əlverişli şərait yarada bilər.
Məlum olduğu kimi, Yer və Ay bir-birinə bağlıdır və biz Yerdən baxanda həmişə Ayın eyni tərəfini görürük. Bu fenomen, əslində, kainatda çox yayğındır və indi alimlər belə sistemlərdə yadplanetli həyatı axtarırlar.
Yeni araşdırmada astronomlar ekzoplanetin işıqlı və qaranlıq sahələri arasında yerləşən “terminator zonalarında” yerdənkənar həyatın mövcud ola biləcəyini irəli sürürlər. Bu ərazilərdə daimi toranlıq hökm sürdüyündən temperaturun yüksək olduğu gözlənilmir.
Kaliforniya Universitetindəki tədqiqatın aparıcı müəllifi, astrofizik Ana Lobo verdiyi açıqlamada bildirib: “Planetlərin daimi gündüz və gecə tərəfi var. Gündüz tərəfində qızmar, yaşayış üçün əlverişli olmayan, gecə tərəfi isə buzlu və yaşayış üçün potensial yerdir”.
Astrobioloqlar tez-tez okean dünyalarına diqqət yetirərək araşdırmalar aparırlar. Çünki su həyatın vacib olan tərkib hissəsidir. Lakin Lobo və komanda üzvləri həyat üçün su qədər əhəmiyyətli ola biləcək yeni kəşflər etmək istəyirlər: “Biz geniş okeanlara malik olmayan, lakin gölləri və ya digər kiçik maye su hövzələrinə malik ola biləcək planetlərə diqqəti cəlb etməyə çalışırıq. Bu iqlimlər, əslində, çox perspektivli ola bilər”, – deyə o bildirib.
Səadət RZAYEVA, “Xalq qəzeti”