Nəvainin Nizami sevgisi

post-img

“Facebook” sosial şəbəkəsindəki maraqlı qruplardan biri də “Çağdaş Azərbaycan”dır. Bu qrupun üzvləri tez-tez maraqlı yazıları ilə diqqət çəkirlər. Əlişir Əhmədli adlı qrup üzvünün – gəncəli səyyahın dahi Nizami Gəncəvi haqqında kontenti də bu sıradandır. 

Onun kimliyi ilə maraqlanarkən öy­rəndik ki, Əlişir Əhmədli özü də gəncə­lidir və səyyah kimi tanınır. Hələ gənc yaşlarından iki dəfə dünya səyahətinə çıxıb, 2 il 22 gün ərzində keçmiş SSRİ, Şərqi Avropa və Yaxın Şərq ölkələrini qarış-qarış gəzib. Müasir dərviş sə­yahətlərdən əldə etdiyi xatirə əşya­larından və artefaktlardan ibarət ev muzeyi də yaradıb. Uzun illərdən bəri, boynundan asdığı və səyahətlər boyu ayrılmadığı şeyx Nizami Gəncəvinin şəklini isə göz bəbəyi kimi qoruyur. Onun “Nizami nurlu səyahət” adlı kitabı da var. Müəllifin yeni kontentini təqdim edirik. 

“Özbəklərdə Şeyx Nizami Gəncəvi həzrətlərinə (1141-1209) olan hörmət və ehtiram, əsasən, Mir Əlişir Nəvai həzrətlərindən (1441-1501) qaynaqla­nır. Çünki, Nizami Gəncəvini Əlişir Nə­vai qədər sevib mədh eyləyən ikinci bir şair olmayıb. Əlişir Nəvainin “Xəmsə”­sinə daxil 5 poemanın hər birində “Al­lahın mədhi”, “Peyğəmbərin mədhi”ilə yanaşı “Şeyx Nizaminin mədhi”də var­dır. Aralarındakı yaş fərqi 300 il olma­sına baxmayaraq, Əlişir Nəvai Nizami Gəncəvini özünün ustadı bilmiş və ömrünün sonuna qədər də bu bağlılığa sadiq qalmışdır. Allah hər iki dahimizə qəni-qəni rəhmət eləsin!”

Onu da qeyd edək ki, statusa yazı ilə bərabər bir şəkil də qoyulub və altın­da yazılıb: Solda mürşid Şeyx Nizami Gəncəvi, sağda mürid Mir Əlişir Nəvai (qədim miniatür).

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət