Qusarda meliorativ tədbirlər görülür

post-img

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir. İstismar planına əsasən cari ildə 680 min kubmetr lildən təmizləmə işlərinin görülməsi nəzərdə tutulub. Artıq bu işlərin böyük hissəsi görülüb. 

 Yeni suvarma mövsümünə hazırlıq məqsədi ilə görülən işlərdən biri də torpaq kanalların beton üzlüyə alınmasıdır.  Bu da öz növbəsində su istehlakçılarını vaxtında və itkisiz suvarma suyu ilə təmin etməyə imkan verir. 

Vaxtında görülən meliorativ tədbirlərin nəticəsidir ki, artıq əvvəllər yaşanan problemlər aradan qalxıb. Hazırda təsərrüfat sahibləri sahalərini suvarmaqda heç bir çətinlik yaşamırlar. Bu da öz növbəsində daha çox məhsul istehsalına zəmin yaradır.

Meliorasiya-2.png

Sosial həyat