Müalicəvi “səs vannası”...

post-img

“Səs vannası” orqanizmi səs vasitəsilə sağaltmaq məqsədi daşıyır. Bir çox mədəniyyətlərdə öz yeri olan bu təcrübə iştirakçıların səs dalğalarında “yuyunduğu” meditativ təcrübədir. Bu dalğalar müxtəlif mənbələr, o cümlədən zərb alətləri, zənglər, cingiltilər və hətta insan səsi kimi müalicəvi alətlər tərəfindən yaradılır. 

Yoqa zamanı iştirakçılar “şava­sana” kimi tanınan pozadan istifadə edirlər. “Səs vannası”nın ümumi məqsədi iştirakçıların enerji sahələ­rində dissonansı aradan qaldırmaq, səslər vasitəsilə dinləyicidə harmo­niya vəziyyəti yaratmaqdır. Bu za­man artan rifah hissi, geniş şüur və daxili görmə təcrübəsi təmin olunur. Bəzi şəfa verən səs praktikləri iddia edirlər ki, bədəni istirahət etməyə kömək etməklə yanaşı, “səs vanna­sı” potensial olaraq fiziki sağalmanı təşviq edə bilər.

Hamilə qadınlar, reabilitasiya keçənlər, xəstəlikdən sonra travma keçirən yaşlı və ya gənc insanlar üçün səs vannaları çox faydalıdır. Səsli müalicənin ən yaxşı tərəfi odur ki, yatarkən ətrafınızdakı səs­ləri dinləməkdən başqa heç nə et­mirsiniz.

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat