Nə yesən çox yaşayarsan?

post-img

Uzun ömrün sirlərindən biri də sağlam qidalanmadır. Şübhə yoxdur ki, təbii ərzaqlardan ən çox tərəvəzlər sağlam qidanın əsasını təşkil edir, lakin onların miqdarı və müxtəlifliyi məsələsi mühümdür. Çox yaşamaq üçün orqanizmə qəbul edilən meyvə və tərəvəzlərin müxtəlifliyinə daha çox diqqət etmək lazımdır. Həkimlər bağırsağın sağlamlığının, immunitetin və əhvali-ruhiyyənin yaxşılaşdırılması üçün həftə ərzində azı 30 müxtəlif bitki əsaslı ərzaq qəbul etməyi məsləhət görür.

Sağlam qidalanma – xəstəliklərlə mübarizə aparmaq və insan həyatını uzatmaq üçün əlimizdə olan ən yaxşı vasitədir. Bu məsələdə qızıl qayda on­dan ibarətdir ki, hər həftə rasiona təbii ərzaqlar daxil edilsin. Qidada qəbul edilən duzu azaltmaq, doymuş yağların qəbuluna nəzarət etmək və alkoqolun töv­siyə olunan hədd çərçivəsində qəbulu da çox əhə­miyyətlidir.

Bitki əsaslı qida antioksidantlarla zəngindir, bu maddələr oksidləşdirici stresin qarşısını almağa im­kan verir. Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, qoz-fındıq kimi bitki əsaslı ərzaqlar qiymətli vitamin­lər, minerallar, həll olunan lifli maddələr qarışığı və faydalı bitki əsaslı birləşmələrlə zəngindir.

Əhalinin hər həftə rasiona balıq əlavə etməsi də tövsiyə olunan miqdara uyğun deyil. Ağ və yağlı ba­lıq əla zülal mənbəyidir və A, D kimi çoxlu müxtəlif vitaminlərlə, eləcə də kalsium, sink, dəmir və yod kimi minerallarla zəngindir. Çoxumuz bu maddələri lazımi qədər qəbul etmirik.

Yağlı balıq da (qızılbalıq, skumbriya, alabalıq, sardina) Omeqa-3 yağları adlandırılan uzunzəncir­li yarıdoymamış yağlarla zəngindir. Bu maddələr ürəyin normal fəaliyyətini və normal qan təzyiqini dəstəkləyir, - deyə doktor vurğulayır.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat