Qanı dərmansız da durultmaq olar

post-img

Son illərin “dəbdə” olan xəstəliklərindən biri də qanda trombların yaranmasıdır. Damarlarda tromblaşma, yaxud qan laxtalanması müxtəlif səbəblərdən baş verə bilər. Lakin bunun aradan qaldırılması üçün bir sıra alternativ yollar da var.

Qanda laxtalanma həddindən artıq olanda, bu­nunla mübarizə üçün həkimlər, ilk növbədə, aspirin məsləhət görürlər. Onun əsas komponenti asetilsa­lisil turşusudur. Salisilatlar güclü iltihab əleyhinə xü­susiyyətlərə malik olduğundan, onun qanı durultmaq kimi xüsusiyyəti var.

Mütəxəssis - fleboloqlar (damar problemi ilə məşğul olanlar) bildirirlər ki, bəzi təbii məhsullarda da bu turşu var. Ona görə həmin təbii məhsulların qanı durultmaq üçün faydalı alternativ olduğunu de­yirlər.

Moruq: - Tərkibində təbii asetilsalisil turşusu var. Eynilə aspirində olduğu kimi, uzun müddətdir ki, özünü durulaşdırıcı agent kimi təsdiqləyir.

Kətan yağı: - Sadəcə olaraq, çoxlu doymamış yağ turşularının və E vitamininin tərkibində miqdarı­na görə çempiondur. Bu da damarların elastik olma­sına imkan verir və xolesterol lövhələrinin məhvinə kömək edir.

Yağlı balıq: - Tərkibində əsasən amin turşuları çoxdur. Bu turşular aterosklerotik formasiyaları güc­ləndirən tromboksan səviyyəsini azaldır.

Sarımsaq: - Güclü antioksidantdır, qan laxtaları­nın rezorbsiyasını təşviq edir, iltihabı azaldır.

Pomidor: - Onların tərkibindəki likopen xoles­terol səviyyəsini normallaşdırır və qan damarlarının divarlarını gücləndirir.

Xurma: - Bu meyvənin tərkibindəki flavonoidlər və antioksidantlar qanı seyrəltmək və xolesterolu azaltmaq üçün əladır.

Zəncəfil, sarıkök və darçın: - Kumarin ehtiva edən üç böyük ədviyyatdır. Laxtalanmanın qarşısını alan və aydın antioksidant təsir göstərən bir mad­dədir.

Bal: - Daimi istifadə olunanda qan və qan da­marlarına aydın təsir göstərir.

Vitamin C: - Kələm, o cümlədən duzlu kələmdə, eyni zamanda, bütün sitrus meyvələrində çoxlu C vitamini var. Bu, qan və damarların keyfiyyətini yax­şılaşdırır.

Qeyd edək ki, həmçinin alma, kivi, qarpız, ərik qurusu, xurma, bibər, turp, badam və qara çay da qanın durulması üçün mükəmməldir.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat