Faiq Həsənov: Özbəkistan turniri yüksək səviyyədə keçdi

post-img

Özbəkistanın Daşkənd şəhərində Rüstəm Kasımjanov kuboku uğrunda dünyanın tanınmış şahmatçılarının iştirakı ilə keçirilən yarışda iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb. 

Yarışda turnirin baş hakimi olmuş Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov yarışla bağlı fikirlərini eksklüziv olaraq “Xalq qəzeti” ilə bölüşdü. 

F.Həsənov Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, eləcə də blits üzrə dünya çempionu Nodirbek Abdusattarov və digər ta­nınmış şahmatçıların qatıldıqları bu yarışın ilk dəfə təşkil edildiyini bildirdi. Qeyd etdi ki, oyunlar gərgin mübarizə şəraitində keçdi: “Yarış yüksək səviy­yədə keçirildi. Rüstəm Qasımjanov Özbəkistanın görkəmli zəka ustala­rından biridir. O, 2004-cü ildə keçirilən dünya çempionatında qalib olanda Teymur Rəcəbov da bürünc medal qazanmışdı. Şəhriyar Məmmədyaro­vun da mübarizə apardığı həmin ya­rışda hakimlərdən biri də mən idim. 

Rüstəm Qasımjanov hazırda Öz­bəkistanda yeni şahmatçı nəsli yetiş­məsində çox böyük rol oynayır. Keçən il Hindistanda keçirilən olimpiadada gözlənilmədən gənc Özbəkistan yığ­ması qalib oldu. Şahmatçı­lar arasında böyük hörməti var. Azərbaycanda tez-tez olur. Keçən il Şuşada keçi­rilən ilk beynəlxalq turnirdə iştirak etmişdi. Bu il Bakıda keçiriləcək dünya kuboku­na Özbəkistan yığmasının heyətində məşqçi kimi qa­tılacaq”. 

Federasiya rəsmisi Daşkənddə ümummilli lider Heydər Əliyevin xa­tirəsini andıqlarını da bil­dirdi: “Azərbaycanda idmanın, o cüm­lədən şahmatın inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Daşkənddə olarkən Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayən­dəsi ilə birgə ümummilli liderimizin şəhərin mərkəzindəki büstünü ziyarət etdik, önünə tər gül dəstələri düz­dük. Müstəqil dövlətimizin qurucusu Heydər Əliyev hər bir kəsin qəlbində əbədi yaşayacaq.

Böyük öndərimiz daim hörmət və məhəbbətlə anılacaq”.

 

L.QURBANOVA, “Xalq qəzeti”

ley12.jpg





İdman