Bakıda Beynəlxalq Şahmat Festivalı

post-img

Paytaxt Bakı daha bir mötəbər yarı­şa ev sahibliyi edəcək. Belə ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şah­mat Federasiyasının birgə təşkilatçı­lığı əsasında “Baku Open 2023” Bey­nəlxalq Şahmat Festivalı keçiriləcək.

Federasiyanın məlumatına görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir “Baku Crystal Hall”da ola­caq.

Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edir. Yarı­şın “A” qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan ku­boku qazanacaq. Festivalın “C” turnirində hər yaş qrupunda (U08, U10, U12) qalib olan Azərbaycanı təmsil edən şahmatçı­lar Rumıniyada keçiriləcək yeniyetmələ­rin Avropa çempionatında iştirak hüququ qazanacaq.

Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman