Səfərdə qələbə

post-img

Misli Premyer Liqasında XXVIII tur start götürüb. Turun ilk matçında “Tu­ran-Tovuz” və “Sumqayıt” klubları üz-üzə gəliblər. Tovuz Şəhər Stadionunda keçirilən qarşılaşma qonaqların xey­rinə başa çatıb–2:3.

Qeyd edək ki, gərgin mübarizə şəra­itində keçən birinci hissənin 7-ci dəqiqə­sində Natan Oduva komandasını he­sabda irəli çıxarıb. Lakin 11-ci dəqiqədə “Sumqayıt” klubu Kamran Əliyevin qolu ilə hesabı bərabərləşdirib. Oyuna qələbə ruhunda köklənən Tovuz təmsilçisi 33-cü dəqiqədə Runi Evanın qolu ilə yenidən hesabda önə keçib. Beləliklə, birinci hissə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Lakin fasilədən sonra hesab qonaq­ların xeyrinə dəyişməyə başlayıb. 58-ci dəqiqədə “Sumqayıt”ın heyətində Dieqo Karioka 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Hesab “2:2” olub. Bundan on dəqiqə sonra isə Kamran Əliyev ye­nidən dubl edib. Onun vurduğu qol qalibi müəyyənləşdirib.

Bu matçdan sonra 28 xalı olan “Tu­ran-Tovuz” turnir cədvəlində altıncı yerdə­dir. 24 xal toplayan “Sumqayıt” isə yeddin­ci pillədə qərarlaşıb. 

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman