Növbəti oyunların vaxtı açıqlandı

post-img

Azərbaycan Voleybol Federasiyası­nın məlumatına görə, kişi və qadın vo­leybolçular arasında Azərbaycan çem­pionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.

Qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək. Həmin gün saat 16:00-da “Murov” “Ab­şeron”u, 18:00-da isə UNEC “Azərreyl”i sınağa çəkəcək. 

Aprelin 6-da isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tu­tacaq. Kişilərin yarışında saat 16:00-da “Neftçi” “Xarıbülbül”lə qarşılaşacaq. Saat 18:00-da isə MOİK – “Muro” matçı oyna­nılacaq.

Qeyd edək ki, Yüksək Liqada qadın­lar arasında yarımfinalın 1-ci oyunlarında “Abşeron” – “Murov” (1:3), “Azərreyl” – UNEC (3:0) hesabları qeydə alınıb. 

Yüksək Liqa kişilərin yarışında “Murov” – MOİK oyununda meydan sa­hibləri 3:0 hesablı qələbə qazanıblar. “Xarıbülbül” – “Neftçi” (3:1) matçı isə 3:1 hesabı ilə bitib.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman