Xalq yazıçısı Anara Mətbuat Şurasının diplomu təqdim edildi

post-img

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Bu münasibətlə bir sıra media qurumlarının rəhbərləri – Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, bayraqdar.info xəbər portalının baş redaktoru, MŞ-nin İdarə Heyətinin üzvü Azər Həsrət, aznews.az xəbər portalının baş redaktou Taleh Şahşuvarlı ədiblə görüşdülər. 

Görüşü giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid yazıçı Anarın təkcə qələm nümayəndələri­nin deyil, bütövlükdə cəmiy­yətimizin dünyagörüşünün formalaşmasında mühüm rolu olduğundan bəhs edərək bil­dirdi ki, ədəbiyyata, jurnalisti­kaya müsbət münasibətin ya­ranmasında onun böyük rolu olub. R.Məcid yazıçı Anarın yaradıcılığından bəhs edərək, xüsusilə son illərdə qələmə aldığı “Yaşamaq haqqı” trak­tatının bədii dəyərini yüksək qiymətləndirdi. 

Sonra “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov yazıçı Ana­rın ziyalı etalonu olmasını, cəmiyyətimizin çatışmayan nöqtələrini öz əsərlərində, ya­zılarında hər zaman diqqətdə saxladığını, milli şüurumuzun inkişafında onun xüsusi xid­mətlərinin olduğunu, yazıçı Anarla hər bir azərbaycanlının fəxr etməli olduğunu vurğula­dı. 

Əməkdar jurnalist Azər Həsrət bildirdi ki, yazıçı Anar ədəbiyyatımızın zirvəsində qərar tutan simalardandır. O, qeyd etdi ki, Anarın təkcə “Dədə Qorqud” kinossenarisi ilə milli kimliyi ayaqda tutma­sı, milli-ideoloji cəhətdən cə­miyyətimizə öz tarixini, ədə­biyyatımızı sevdirməsini heç kim unutmamalıdır. 

Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev, jurnalist Taleh Şahsuvarlı fikirlərini bildirərək yazıçı Anarın fəa­liyyətindən, yaradıcılıq uğur­larından və müasir dövrün ədəbi-ictimai proseslərindən söhbət açdılar. 

Görüş əsnasında media qurumlarının rəhbərlərinə təşəkkürünü bildirən Xalq ya­zıçısı Anar qeyd etdi ki, o həm də jurnalistdir, 19 il “Qobus­tan” jurnalının redaktoru ol­muşdur. Bundan əlavə, onun ilk daxil olduğu yaradıcı təşki­latın da məhz Jurnalistlər İtti­faqı olduğunu vurğuladı. 

Sonda yazıçıya 85 yaşının tamam olması münasibətilə Mətbuat Şurasının hazırladığı diplom təqdim edildi. 

 

A.ƏLİ,

“Xalq qəzeti”

Sosial həyat