Rəqəmsallaşma zamanın reallığıdır

post-img

İnformasiya-kommunikasiya texnologiyalarının dünya təcrübəsində neftdən sonra iqtisadiyyatın ikinci əsas sahəsinə çevrilməsi danılmaz reallıqdır. Çünki inkişafın diktə etdiyi innovasiyaların tətbiqi zamanın qəti tələbidir. Bu gün dünya qlobal dəyişikliklər yolundadır və postindustrial dövr öz yerini rəqəmsallaşmaya verir. İnternetin də yayım arealı böyüyür və bütün bunlar son nəticədə cəmiyyətin yüksək tərəqqisini təmin edir. 

Rəqəmsallaşma "Dördüncü Sənaye İnqilabı" maqrafonunda öncül mövqe tutur. Azərbaycanda da rəqəmsal tex­nologiyalar platformasında zəruri ad­dımlar atılır. Enerji və nəqliyyat mərkəzi kimi tanınan, bir çox mühüm layihələ­rin təşəbbüskarı olan ölkəmizdə əksər sahələr rəqəmsallaşır. Vahid mərkəz­dən xidmət anlamına gələn Elektron Hö­kumətə keçid təmin olunub, beynəlxalq təcrübə əsasında sistemin hüquqi ba­zası yaradılıb və uğurlu nəticələr əldə edilib. Müvafiq proqramlarla vətəndaş­lara bütün xidmətlərin vahid forması və əlçatanlığı təşkil olunur, e-gov.az portalı aktiv işləyərək, dövlət qurumları arasın­da məlumat və sənəd mübadiləsinin sa­dələşdirilməsinə yol açır.

Son zamanlar gündəmdə süni intel­lekt və onun imkanları mövzusu daha da intensivləşib. Süni intellektin vasitə­silə təbii insan intellekti riyazi dəqiqliklə maşınlar tərəfindən simulyasiya edilir. Bunun da sayəsində texnoloji sıçrayış baş verir və həyat daha da asanlaşır. 

Bu gün Azərbaycanda, xüsusilə, rəqəmsal iqtisadiyyatın inkişafı sahə­sində zəruri islahatlar həyata keçirilir. Universitetlərdə yeni texnoloji ixtisas­ların yaradılmasına və müvafiq kadr hazırlığına diqqət artıb. 

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliye­vin yürütdüyü siyasət kosmik sənayedə də öz əksini tapıb. “Azərbaycan Res­publikasında kosmik sənayenin yaradıl­ması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə baş­çısının sərəncamı və sonrakı sənədlər kosmik sahənin inkişafına və peyk la­yihəsinin həyata keçirilməsinə xüsusi zəmin yaradıb. Azərbaycanın əksər dünya dövlətlərinin gerçəkləşdirə bil­mədiyi süni peyk layihəsi ilə tarixi uğura imza atdığını göstərmək olar. “Azərkos­mos"un təsis edilməsi aşkar tərəqqi öl­çüsüdür. Artıq bizim telekommunikasiya və müşahidə peyklərimiz – “Azərspa­ce-1”, “Azersky” və Azərspace-2” kos­mosda, kainatın ənginliklərində uğurla çalışmaqdadır. Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükə­sizliyi baxımından xüsusilə böyük əhə­miyyəti var. 

Onu da qeyd edək ki, informasi­ya-kimmunikasiya texnologiyalarının tətbiqi hər bir mütəxəssisdən daim öz üzərində çalışmağı tələb edir. Dahi fu­turoloq, görkəmli amerikalı filosof, so­sioloq Alvin Toffler deyib ki, 21-ci əsr­də savadsız insanlar oxuma, yazma bilməyənlər deyil, öyrənmək, yenidən öyrənmək və daha çox öyrənməyi ba­cara bilməyənlər olacaqlar. Müəyyən sahələrdə sürətli rəqəmsallaşma pro­sesini ləngidən bir səbəb də elə insan­ların müəyyən qisminin texnoloji üstün­lüklərdən məlumatsızlığı, adət etdikləri ənənəvi xidmətlərdən kənara çıxmaq istəməməsidir. Ona görə də, intensiv maarifləndirmə mütləqdir.

 

Osman GÜNDÜZ, Azərbaycan İnternet Forumunun prezidenti:

Prezidentin 17 yanvar 2019-cu il tarixli fərmanı ilə Rəqəmsal İnki­şaf və Nəqliyyat Nazirliyinə (RİNN) tapşırıq verilib ki, bütün mərkəzi icra orqanlarının informasiya sistemləri­nin inventarizasiyası və ekspertizası aparılsın. Həmçinin bu sistemlərin gələcəkdə RİNN DATA Mərkəzində yerləşdirilməsi üçün təkliflər hazırla­sın. Əsas məqsəd yenə də bu sahə­də idarəetmənin təkmilləşdirilməsi, xərclərə qənaət və optimallaşdırma­dır.

Təbii ki, dövlət qurumları resurs­ları özlərində saxlamaq və inkişaf etdirmək, yeni serverlər və proqram təminatları almaq, xüsusilə də onla­rın təhlükəsizliyini təmin etmək üçün hər il xeyli vəsait xərcləyirlər. Bu, ki­fayət qədər məsuliyyətli bir məsələ­dir.

RİNN-ə tapşırıq verilib ki, qısa müddətdə bu məsələ ilə bağlı möv­cud vəziyyət araşdırılsın və təkliflər hazırlanıb hökumətə təqdim edilsin. Düşünürəm ki, doğru yanaşmadır. Həm təhlükəsizlik cəhətdən, həm də xərclərin optimallaşdırılması və dövlət qurumlarının əlavə yükünün azaldılması baxımından daha doğ­ru olardı ki, bütün resurslar vahid bir mərkəzdə saxlanılsın. Əlbəttə, onda gərək alternativlik mütləq tə­min olunsun.



Sosial həyat