Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə

post-img

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə  iştirak etmək üçün iyunun 23-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

BMT-nin dəstəyi ilə keçiriləcək tədbirdə Sintetik narkotik maddələr və yaranan təhlükələrin qarşısının alınması, Multilateralizm və sintetik narkotik maddələrə qarşı effektiv mübarizədə parlamentlərin rolu, Narkotiklərə qarşı səmərəli müdaxilələri dəstəkləmək üçün qanunvericilik yolları, İctimai  sağlamlığın qorunması və bu sahədə təsirli həll yollarının təmin edilməsi mövzularında müzakirələr aparılacaq.

Parlamentarilərimiz tədbirdə çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı ölkəmizdə görülən işlər barədə məlumat verəcəklər.

Səfər iyunun 26-da başa çatacaq.

Siyasət