Avropa Parlamentinin Cənubi Qafqazda sülh müqaviləsinə növbəti “töhfəsi”
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmasının başa çatmasından dərhal sonra qəribə tendensiya müşahidə olundu.
Rəsmi İrəvanın müqavilənin imzalanmasına hazır olduğunu bəyan etməsi ilə dünyanın müxtəlif yerlərindəki ermənipərəstlər Azərbaycanı sazişi imzalamağa çağırdılar. Baş nazir Nikol Paşinyan iqtidarı təmsilçilərinin, bir növ, topun ölkəmizin tərəfində olduğuna eyham vuran açıqlamaları isə həmin çağırışları bir qədər də qüvvətləndirdi.
Aydındır ki, müşahidə olunan tələskənlik Azərbaycanı fakt qarşısında qoymağa, ölkəmizi, tez bir zamanda, yarımçıq barış sazişini imzalamağa məcbur etməyə hesablanmışdı.
Tələskənlikdə başlıca məqsəd ölkəmizin sülh müqaviləsinin ərsəyə gəlməsi üçün Ermənistana qarşı irəli sürdüyü iki şərti (Ermənistan konstitusiyasında dəyişiklik aparmaqla sənədin işğalçı istinad mahiyyətinin aradan qaldırılması və ATƏT-in Azərbaycan torpaqlarına təcavüzün leqallaşdırmaq istiqamətində fəaliyyət göstərən Minsk qrupunun ləğvi – red.) nəzərə almamaq, beynəlxalq ictimaiyyətin həmin şərtlərə diqqət cəmləşdirməsinin qarşısını kəsmək olmuşdu və yenə durum dəyişməyib.
Bir sözlə, dünyanın ermənipərəst da irələri elə fon yaradırlar ki, sanki rəsmi Ba kının tələbləri mənasızdır. Ən başlıcası isə guya, bu tələblər Azərbaycanın Ermənistan la sülhə gəlmək istəməməsindən qaynaqla nan bəhanələrdir. Halbuki, ölkəmizin istəyi Cənubi Qafqazda barışın fundamental əsas larını müəyyənləşdirməkdir və Ermənistan ərazi iddiasından əl çəkdiyinə təminat ver məyincə bu mümkünsüzdür.
Əlqərəz, Azərbaycanı sülhə çağıranların sırasına Avropa Parlamenti də qoşulub və məsələ təəccüblü sayılmamalıdır. Qurumun bu məqsədlə yaydığı bəyanata diqqət yetirəcəyik. Əvvəlcə isə onu deyək ki, AP-nin indiki bəyanatında Azərbaycana qarşı açıq ittiham tonu yoxdur və sənəd bu baxımdan qurumun əvvəlki lakmus kağızlarından fərqlənir. Axı AP son illərin anti-Azərbaycan ritorikasının ən qızğın məcrada özünü göstərdiyi platformadır.
Ümumən, Avropa İttifaqının bu struktu runun ermənipərəstlik mövqeyindəki azğın lığa, sadəcə olaraq, heyrətlənmək qalır. Elə təsəvvür yaranır ki, AP-nin Ermənistan adlı ayrıca fəaliyyət dairəsi var. Hesab edirik ki, gələcəkdə qurumu Ermənistan parlamen tinin Avropa filialına çevirmək üçün ciddi “potensial” da formalaşıb. Əlbəttə, bu pensionerlər klubunun təmsilçilərinin açıqlamalarındakı illüziya tonu Ermənistanı tamamilə məhvə sürükləməsə yaxşıdır. Nəzərə alaq ki, İrəvanı, obrazlı desək, illüziya bataqlığında boğan yalnız AP deyil.
Beləliklə, Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılması üzrə danışıqların başa çatmasını alqışlayan bəyanatında Pa şinyan iqtidarını əməlli-başlı tərifləyib. Sən demə, rəsmi İrəvanın barış mühitinin forma laşmasına yönələn səyləri təqdirəlayiq imiş: “Biz əminik ki, Azərbaycan rəhbərliyi onil liklər ərzində davam edən münaqişəyə son qoymaq üçün yaranmış tarixi şansdan istifa də edəcək və sülh müqaviləsini imzalamaqla, çiçəklənən Cənubi Qafqaz quruculuğuna çalışacaq”.
Bəyanatdakı belə gəligözəl ifadələr qətiyyən səmimi deyil. Birincisi, elə təəssürat yaranır ki, sanki sülh yolunda çalışan yalnız Ermənistan olub, Azərbaycan yox. İkincisi, subliminal şəkildə rəsmi Bakının, guya, heç nə ilə razılaşmadığı görüntüsü formalaşdırılır. Üçüncüsü, söhbət çiçəklənən Cənubi Qafqaz quruculuğundan gedirsə, ilk növbədə bildirmək və tam ciddiyyatı ilə nəzərə almaq lazımdır ki, regionda mövcud istiqamətdə çalışan ilk ölkə məhz Azərbaycandır. Bu gün Avropa kapitalı Cənubi Qafqazda hansısa formada dayana bilirsə, bu, birbaşa ölkəmizin səylərinin nəticəsidir. Amma nədənsə avropalılar keçmişi unudurlar. Unutmaları bir yana, ermənipərəstlik növbəsi gələndə, Azərbaycanı destruktuv qüvvə kimi görürlər. Dördüncüsü, hazırda sülh və əməkdaşlıq platforması olaraq Cənubi Qafqazın inkişafına real töhfə verən, regionun gələcək inkişafının konseptual məqamlarını böyük ölçüdə, yəni, əməli fəaliyyəti ilə düşünən məhz Azərbaycandır. Beşincisi, 44 günlük müharibədən sonra Ermənistana barış əlini uzadan da ölkəmiz olub, 2022-ci ildə sülh müqaviləsinin mətnini hazırlayan da.
AP-nin bəyanatında, eyni zamanda, Azərbaycan – Ermənistan sərhədlərinin delimitasiya prosesindəki proqres, habelə, regional kommunikasiyaların ölkələrin suverenliyi və yurisdiksiyası, qarşılıqlılıq və bərabərlik əsasında açılmasının zəruriliyi, bunun inkişafa və tərəqqiyə gətirəcəyi, insanlar və icmalar arasındakı əlaqələri möhkəmləndirəcəyi vurğulanıb. Göründüyü kimi, yenə gəlişigözəl ifadələrə yer verilib ki, bu yanaşma reallıqları heçə saymaq, onlardan yan ötmək deməkdir.
Reallıq isə budur ki, Paşinyan hakimiyyəti hazırda regional kommunikasiyaların açılması ilə bağlı ən müxtəlif manipulyasiyalara baş vurmaqdadır. 44 günlük müharibədən sonra Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru əlaqəsinin yaradılması kazusu əsas götürülsə də və bu kazus beynəlxalq ictimaiyyət tərəfindən birmə nalı qəbul edilsə də, rəsmi İrəvanın hazırkı hərəkət və davranışları onu deməyə əsas verir ki, Ermənistan Naxçıvana quru yolunun olmasını istəmir. Paşinyanın xüsusən son günlər qarışıq təkliflər səsləndirməsi fikrimizin sübutudur. Yəni yaxşı olar ki, AP buna görə də tələskənliyə “yol verməsin”.
Ölkələrin suverenliyi və yurisdiksiya sına gəlincə, aydındır ki, belə qoyuluş da erməni iqtidarının ərazi bütövlüyü və suverenlik klişesindən qaynaqlanır. Rəsmi İrəvan Naxçıvana maneəsiz yolun qarşısını məhz bu klişeni əlində bayraq edərək kəsir, nəticə etibarilə 44 günlük müharibə məğlubu kimi üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Deməli, həm də sülhün real trayektoriyasını qəbul etməkdən yayınır.
Hayastan silahlı qüvvələrinin son günlər atəşkəs rejimini pozmaları da Ermənistan rəhbərliyinin Azərbaycanla sülhdən yayındığının sübutudur. Doğrudur, bu barədə AP-nin bəyanatında heç nə yoxdur. Sənəddə ifadəsini tapan daha bir məqam isə İrəvanın Bakını nəzərə almamaqla, Türkiyə ilə yaxınlaşmaq xəttinə dəstəkdir: “... Biz əminik ki, Türkiyə hökuməti regionda pozitiv inkişafı dəstəkləmək imkanından yararlanacaq və Ermənistanın öz vətəndaşlarının və Cənubi Qafqazın rifahı naminə Ermənistan – Türkiyə sərhədlərinin açılma sına hazır olmasına reaksiya verəcək”.
Məlumdur ki, Türkiyə Cənubi Qafqaz da regional kommunikasiyaların açılmasının Azərbaycan gündəminin tərəfdarıdır və başqa cür mümkün deyil. Digər tərəfdən, Türkiyə Azərbaycanla birbaşa quru əlaqə sinin olmasında maraqlıdır. Üçüncü bir yandan, rəsmi Ankara ümumilikdə Türk dünyasının coğrafi məkan olaraq bütövləşməsi ideyasını dəstəkləyir ki, bu ideyanın reallaşmasının tək yolu Azərbaycanın digər ərazilərindən Naxçıvana maneəsiz hərəkətin olmasıdır. Hərəkətə maneçilik törədənin isə Ermənistan olduğunu vurğuladıq. Deməli, Paşinyan hakimiyyətinin Ermənistan – Türkiyə əlaqələrini, Ermənistan – Azərbaycan münasibətlərindən kənarda tutmaq yönümlü yanaşması nəinki yolverilməzdir, eyni zamanda, absurddur. Yaxşı olar ki, AP-dəkilər bunu da nəzərə alsınlar.
Sonda ümumiləşdirmə apararaq deyək ki, Avropa Parlamentinin haqqında söz açdığımız bəyanatı, həmişəki kimi, Ermənistanı dəstəkləmək, Cənubi Qafqazda erməni avantürasının saxlanılmasına kömək göstərmək mahiyyəti daşıyır. Bu yanaşma heç bir halda sülh və sabitliyin qərarlaşmasına xid mət sayıla bilməz. Əslində, belə bir xidmət AP-dən heç gözlənilmir də.
Ə.CAHANGİROĞLU
XQ