Benjamin Kleman: Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı

post-img

Fransa tərəfindən qanunsuz olaraq bizim regionda çoxsaylı abortlar həyata keçirilib. Bu da insanlığa qarşı aparılan cinayət idi. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.

O bildirib ki, 1960-cı illərdə Reyunyon adası Fransanın departamenti olaraq, ciddi sosial və iqtisadi problemlərlə qarşılaşmışdı. Yerli əhalinin sayı artmaqda davam edirdi ki, bu da adada sosial problemlərin kəskinləşməsinə səbəb olurdu. Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mənşəli adlara malik uşaqlara Fransa metropoliyasına xas adlar verilərək, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar.

Siyasət