Afrikalı fəal: Reyunyonda 200 min insan yaşayış yeri problemi ilə üzləşib

post-img

Reyunyonda gənclərin əksəriyyətinin təhsilə əlçatanlığı təmin edilməyib. 200 min insan yaşayış yeri problemi ilə üzləşib. 45 minə yaxın insan ev gözləyir. Buradakı böhran iqtisadi müstəmləkə sisteminə çox bağlıdır. Əhalinin iqtisadi-sosial tələblərinə cavab verilmir. Ona görə də özümüz bunu formalaşdırmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Ka Ubuntu" Müstəqillik Hərəkatının sədri Romen Katambara “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.

O bildirib ki, Fransa Reyunyon əhalisinin azadlıq meyillərinin qarşısını almağa çalışır. Buna baxmayaraq, bu addımlar gözlənilən iqtisadi və sosial dəyişiklikləri təmin edə bilmədi. Nəticədə, ada yüksək yoxsulluq səviyyəsi ilə üzləşərək, bu gün də çətin iqtisadi və sosial vəziyyətdədir.

Siyasət