ABŞ-nin daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.
Bu barədə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” platformasındakı paylaşımında qeyd edib.
O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib. “Eyni zamanda, ABŞ-də olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, - Ayxan Hacızadə qeyd edib.
O əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.
XQ