Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli gündəliyin bütün məsələləri üzrə birgə fəal işin davam etdirilməsinə qarşılıqlı surətdə hazır olduqlarını təsdiq ediblər.