Azərbaycan 6-cı Dünya Media Sammitində təmsil olunur

post-img

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə 6-cı Dünya Media Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Sinxua” agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə təxminən 100 ölkənin 208 media qurumu, müvafiq dövlət orqanından 500-dən çox nümayəndə, o cümlədən beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, BMT də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

“Süni intellekt və medianın transformasiyası” devizi altında keçirilən sammitdə Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Urumçi

Siyasət