Britaniyalı parlamentari: Azərbaycan xalqı 30 ildən sonra yenidən doğma torpaqlarında səs verdiyi üçün xoşbəxtdir

post-img

Parlamentari olaraq Azərbaycan üzrə bütün partiyaların dostluq qrupunun üzvüyəm. Biz müntəzəm görüşlər keçirir, Azərbaycanla bağlı məsələləri və ölkələrimiz arasında münasibətləri müzakirə edirik.

Bu barədə Birləşmiş Krallıq parlamentinin Lordlar Palatasının üzvü Qurban Hussain Azərbaycanda keçirilən növbədənkənar seçkilərə dair mətbuat konfransında deyib.

Şuşada və Füzulidə seçki prosesini yaxından izlədiyini deyən qonaq əlavə edib: “Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycandakı səsvermə sistemi və prosesi Birləşmiş Krallıqdakı ilə eynidir. Seçicilər sərbəst şəkildə şəxsiyyətlərini təsdiq edən sənədlə seçki məntəqəsinə yaxınlaşır və kabinələrdə gizlin səs verirdilər. Regiondakı insanlar da çox xoşbəxt görünürdülər. Azərbaycan xalqı - Qarabağdakı keçmiş məcburi köçkünlər 30 ildən sonra yenidən doğma torpaqlarında səsvermə prosesində iştirak etdikləri üçün xoşbəxtdirlər. Bunu görmək mənim üçün də çox xoş oldu. Seçkilərdə davamlı iştirak da diqqətimdən qaçmadı. Bu, Birləşmiş Krallıqdan kənarda izlədiyim ilk seçki prosesi idi və mən nə ilə qarşılaşacağımı bilmirdim. Lakin seçki prosesi ilə bağlı hər şey eynilə Birləşmiş Krallıqdakı kimi keçdi”.

Siyasət