MN: Ermənistan kvadrokopteri Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

post-img

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Siyasət