ABŞ Prezidenti xalqa müraciət edib

post-img

ABŞ Prezidenti Co Bayden Covid-19-ya yoluxmadan sonra ilk dəfə Oval Ofisdən xalqa müraciət edib. Ağ Ev rəhbəri estafeti Kəmalə Harrisin simasında gənc nəslə ötürmək arzusu ilə seçki yarışına qatılmamaq qərarını əsaslandırıb. 

Məlumatı “İzvestiya.ru” verib. 

Bayden demokratiyanın qorunub saxlanmasının zəruriliyini qeyd edib. O, həmçinin prezident kimi fəaliyyətinin son altı ayında Kiyevi dəstəkləməyə, NATO-nu gücləndirməyə, Asiya-Sakit Okean regionunda tərəfdaşlara kömək etməyə və hətta Yaxın Şərqdəki münaqişəyə son qoymağa davam edəcəyinə zəmanət verib. 

Mütəxəssislər isə hesab edirlər ki, Baydenin yarışdan geri çəkilməsi Demokratlar Partiyasının yüksək səviyyəli nümayəndələrinin təzyiqi ilə bağlıdır. 

 

P. ƏMİRCANOV

XQ

 

 

Dünya