Kolumbiya Prezidenti ölkəsinin COP29-da yüksək səviyyədə təmsil olunacağını bildirib

post-img

Kolumbiya Prezidenti Qustavo Petro bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndəsi Namik Ramazanov COP29-da iştirakla bağlı Prezident Qustavo Petroya ünvanlanmış dəvət məktubunun əslinin bir neçə gün öncə səfirimiz tərəfindən Prezidentin İnzibati Departamentinin müdirinə təqdim edildiyini bildirib.

Dövlət başçısı dəvətə görə minnətdarlığını ifadə edib, COP29-da iştirak məqsədilə Bakıda olacaqlarını vurğulayıb.

Azərbaycanlı diplomat Kolumbiya Prezidentini ölkəmizdə görməkdən çox məmnun olacağımızı qeyd edib.

Siyasət