Qafqaz Tarixi Mərkəzi Türkiyədə tədbir keçirib

post-img

28 May – Müstəqillik Günü münasibəti ilə Türk Dəniz Qlobal Stratejilər Mərkəzi (TÜRK DEGS) və Qafqaz Tarixi Mərkəzi Türkiyə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Demokratik Cümhuriyyətinin 106-cı il dönümü" adlı keçirilən tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Giriş sözü ilə Topkapı Universiteti DEGS Araşdırma Direktoru  Şafak YILDIRIM mərkəz barədə qısa bilgi verib - "Türk DEGS 24 iyul 2020-ci ildə Müstafi Tümamiral Doç. Dr. Cihat Yaycı tərəfindən yaradılmışdır. Türk DEGS beynəlxalq əlaqələr, hüquq və dənizçilik sahələrində fəaliyyət göstərən bir Strateji Mərkəzdir. Mərkəz, Topkapı universiteti Mavi Vətən Dəniz Siyasəti və Stratejiləri Araşdırma və Tətbiqi Mərkəzi ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Eyni zamanda mərkəziin əsas məqsədi Dövlət qurumlarına müşavirlik xidməti göstərərək Türkiyənin haq və mənfəətlərini beynəlxalq hüquq çərçivəsində təsbit etmək, müdafiə etmək və inkişaf etdirməkdir".

Daha sonra mərkəzin rəhbəri Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşa çıxış edərək Azərbaycan Demokratik Cümhuriyyətinin Türk dünyasının və Şərqin ilk demokratik dünyəvi respublika olduğunu və Azərbaycan Türkiyə münasibətlərinin müsbət məcrada inkişaf etdiyini və cumhuriyet qurucuları və xüsusilə Məmməd Əmin Rəsulzadənin fəaliyyətlərini vurğulayıb. 

İstanbul Küçükçekmece Kızılay başqanı Hüseyin İPEK Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi önəmini vurğulayıb və İslam dünyasında layiqli rol oynadığını qeyd edib. 

Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, Türk DEGS Qafqaz üzrə eksperti ehtiyyatda olan polkovnik Akif Qasımov slayd təqdimatında Azərbaycan Demokratik Respublikasının yaranması, fəaliyyəti və süqutu barədə qonaqlara dolğun məlumat verib. Akif Qasımov öz çıxışında əlavə olaraq bildirib ki, ümümmilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etmişdir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Bəyannamə isə hər iki qardaş ölkə üçün böyük əhəmiyyətə malikdir.

Konfransda Azərbaycanla əlaqədar musiqi və tanıtım klipləri nümayiş etdirilib və konfransın sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.

Tədbirdə İstanbul Çatalca rayonu Əmniyyət Müdiri Ali Osman TURAN, Topkapı Universiteti DEGS Kıdemli Uzmanı Beyzanur BURUK, Halkalı Fənn Elmləri Mərkəzinin rəhbəri Tanər KORHAN, iş adamı Amin ŞARABİANİ, Bülent YARDIMCI Kiçikçəkməcə Kızılay Şöbəsi Başqan yardımçısı və Topkapı Universitetinin tələbələri iştirak ediblər.

Səxavət







Siyasət