Ermənistan baş nazirinin avantürizmi iflasdan sığortalama axtarışı

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Tavuş vilayətinə səfəri və yerli əhali ilə keçirdiyi görüşlər zamanı Azərbaycanla sərhədlərin delimitasiyası müstəvisində səsləndirdiyi fikirlər erməni mediasında və ümumən ictimai rəyində geniş müzakirə olunmaqdadır. Bu baxımdan müxtəlif məsələlər gündəmə gətirilir. Məqsədimiz heç də onlara diqqət yetirmək deyil. Paşinyanın bir fikri üzərində dayanacağıq. Nikol əhaliyə bildirib ki, Ermənistan yeni müharibədən qaçmaq üçün hər şeyi etməlidir.

Paşinyanın mövqeyi daxildəki başıpozuqlar arasında hay-küy doğurub və baş naziri satqınlıqda ittiham edənlər ortaya atılıblar. Amma bilavasitə buna da diqqət yetirmək niyyətindən uzağıq. Nikolun təxminən iki ay əvvəl dedikləri ilə indiki fikirləri arasında paralellər aparmağa çalışacağıq. abelə, bir qədər də keçmişə üz tutub erməni hökumət rəhbərinin söylədiklərində səmimiyyət payının dərəcəsinə diqqət yetirəcəyik. 

Qeyd edək ki, N.Paşinyan yanvarın sonunda yerli televiziyalardan birinin efirində qəribə bənzətmə aparmışdı. Nikol söylədiklərini əsaslandırmaq üçün aparıcıya müraciət edərək, həm özünün, həm də onun qırmızı paltarda olduğuna və birlikdə yol getdiklərinə dair təsəvvür formalaşdırmışdı. O, yolun mütləq gedilməli olduğunu vurğulamış, lakin obrazlı şəkildə qarşıda öküzlərin dayandığını demişdi. O öküzlər ki, qırmızı rəngə qarşı aqressivdir...

Erməni baş nazir bədii təxəyyülünün mücərrəd guşəsini işə salaraq, mövzunu bir qədər də dərinləşdirmiş, özünün və aparıcının əynindəki qırmızı paltarların onlar üçün rəmzi anlam daşıdığını demişdi. ətta nənəsinin həmin paltarı tikdiyini bildirmiş və libası neçə əsrlədir ki, əynində saxladığını dilə gətirmişdi. Nəhayət, öküzlərdən yayınıb yolu maneəsiz keçmək üçün qırmızı paltarın mütləq çıxarılmalı olduğu üzərində dayanmışdı. Ən əsası isə o, həmin paltarın ölkəsinin dövlətçilikdən uzaq dövrünün məhsulu olduğu fikrini qabartmışdı.

Bəli, N.Paşinyan ad çəkməsə də, qonşu dövlətləri, yəni Azərbaycanı və Türkiyəni təcavüzkar qismində təqdim etmişdi. Ancaq bəlkə fərqinə varmadan nənəsinin şəxsində erməni avantürizmi üçün libas biçən obraz yaratmışdı. Paşinyanın nənəsinin qırmızı paltarı qan-qadadır. Nikol, əslində, qırmızı paltarlı erməni avantürizminin ətrafdakı xalqları ona qarşı barışmaz mövqe tutacaq duruma gətirdiyini demişdi. Bu mənada onun öküz kimi təsəvvürə gətirdikləri, sözün əsl mənasında beziblər. Torpaqlarına qırmızı qiyafəli çaqqal sürüsünün doluşmasından, illər ərzində həmin torpaqların altını-üstünü xarabazara çevirməsindən təngə gəliblər. Nəhayət, indi qırmızı paltarlı vəhşi məxluqu tam zərərsizləşdirmək istəyirlər. Başqa yol yoxdur.

N.Paşinyan başqa yolun olmadığını ötən il də vurğulamışdı. O zaman ölkəsinə, belə demək mümkünsə, doğum şəhadətnaməsi almaq istəyini açıqlamışdı. Bu, o demək idi ki, rmənistan adlı dövlətin ərazisinin haradan başlayıb haradan bitdiyi məlum deyil və mövcud qeyri-müəyyənlik şəraitində dövlətçiliyin itirilməsi təhlükəsi yaranır. Paşinyan başqa yolun olmadığına 44 günlük müharibə zamanı da əmin oldu, lokal xarakterli antiterror tədbirlərindən sonra da. ətta əminliyi bir qədər möhkəmləndi. örünür, elə buna görə indi əhali arasında təbliğata başlayıb. Amma... 

Əvvəldə də bildirdik ki, Paşinyanın sərhədyanı Tavuş vilayətinə səfəri gedişində səsləndirdiyi fikirlər daxildə ciddi narahatlıq və narazılıq doğurub. rmənistanda səsi daha çox çıxan revanşist-şovinist kəsimin təmsilçiləri Nikolun Azərbaycanın xeyrinə torpaq güzəştinə getməyə hazır olduğuna dair fikirlər qabardır, sərsəmləyirlər. Deməli, görünən mənzərə erməni cəmiyyətinin əynindəki qırmızı paltarı çıxarmaq fikrindən uzaqlığıdır. O da görünür ki, həmin cəmiyyətin üzvləri nənələrinin, babalarının danışdıqları avantürizm nağıllarını qulaqlarında sırğa edərək irəliyə doğru getməyi düşünürlər.

Ermənistanda Azərbaycanla yeni müharibə məsələsində son zamanlar səslənməkdə olan fikirlər də bunun təsdiqidir. O zaman sual olunur: İlk baxışdan vəziyyəti hamıdan yaxşı duyan Paşinyan gedişatı dəyişdirə biləcəkmi ümumən, o vəziyyəti dəyişdirmək barədə düşünürmü?

Suala cavab verəcəyik. Əvvəlcə onu bildirək ki, N.Paşinyan hakimiyyətə gəlməzdən öncə deyirdi ki, Qarabağ rmənistanın üzərindən asılmış ağır daşdır, onu kənara atmaq lazımdır. Ancaq hakimiyyətə gəldi və gördü ki, çox ağırdır, onu yerindən tərpədə bilmir. Qərbpərəst baş nazir, həmçinin, ölkəsi baxımından avantürizmdən başqa formulun olmadığına da şahidlik etdi. Ona görə “Qarabağ rmənistandır və nöqtə” bəyanatını verdi. Bununla daşı güclünün, yəni Azərbaycanın onun çiynindən götürməsi üçün şərait yaratdı.

Digər tərəfdən, Paşinyan İkinci Qarabağ savaşının başlandığı ilk gün parlamentdə deputatlara, o cümlədən xalqa müraciət edərək, müharibənin ölkəsi üçün müsbət sonluq vəd etmədiyinə eyham vurdu və bir növ, günahı özündən uzaqlaşdırmaq istədi. akin həmin deputatlar hamısı bir ağızla mübarizəyə davam dedilər. Davam nəyə gətirib çıxardı, hansı rüsvayçılıqlar doğurdu, hər kəsə yaxşı məlum olduğundan, üzərində dayanmaq istəmirik. Onu da deyək ki, Paşinyan 44 günlük müharibədən sonra da Qarabağ avantürizmindən xilas olmaq təəssüratı yaradan fikirlər səsləndirdi. Ancaq daxili ictimai rəy onunla razılaşmadı. Lokal xarakterli antiterror tədbirləri ilə ağır daş tamamilə rmənistanın çiynindən düşdü. Nikolun yol məntiqini əsas götürsək, hazırda rmənistanın üzərində heç bir yük yoxdur və ölkə rahatlıqla irəli gedə bilər. Ancaq görünən budur ki, erməni nənələrinin qırmızı paltarları cəmiyyətə dinclik vermir. Nəzərə alsaq ki, erməni cəmiyyəti çox ciddi şəkildə xəstədir, əslində, indiki durumda qırmızı rəngli paltar, dəlilərə geyindirilən ağ paltar kimi şeydir.

Bilavasitə N.Paşinyanın özünə gəlincə, o, fikrini deyir və üstündən keçir. Yenə köhnə taktikasına üz tutur. Baş nazir, həqiqətən vəziyyəti düzəltmək niyyətində deyil. Onun istəyi avantürizmdir və xəstə cəmiyyətin fikirlərini Qərbin avantürizmi üçün alətə çevirir. Bu, müəyyən mənada sığortadır. Baş verə biləcək bəlalara görə günahkarın yalnız özü olmadığını bildirmək üçün lazım olan sığorta. Halbuki, ölkə lideri belə davranmamalı, insanları qəət yuxusundan ayıltmaq üçün qətiyyət və iradə nümayiş etdirməlidir. Paşinyanda belə bir keyfiyyət olmadığından, əhali ilə görüşərkən həqiqətləri dilə gətirməsinin əhəmiyyəti yoxdur. ünki baş nazir səmimi deyil və bu, dəfələrlə təsdiqini tapmış reallıqdır.

Əvəz RÜSTƏMOV

XQ

 

Siyasət