Ermənistan: siyasi dalanda yeni konstitusiya axtarışları

post-img

II MƏQALƏ

Geniş sosial kəsimlərin haki­miyyətə qarşı kəskin narazılığı si­yasi böhranı münaqişəli situasiya­ya çevirə bilər.

Vladimir Melnik

“Maşa aqressor” qapalı geosiyasi dairədə

I məqalədəki sonuncu tezisdən ay­dın olur ki, Ermənistanın aqressivliyi dünya təcrübəsində müşahidə edilmiş siyasi böhranlardan fərqli izahlara ma­likdir. Belə ki, XX əsrdə Avropa dövlət­ləri, adətən, özlərinin güclü olmalarına istinad edərək yad torpaqlarda böh­ranlar yaratmış, işğallar həyata keçir­miş və əldə etdiklərini saxlamaq üçün başqa güclü dövlətlərlə savaşmış­dır. Bunu şərti olaraq, “klassik siyasi böhran modeli” adlandıraq. Adətən, bu böhranlardan sonra onu yaradan güclü dövlət konstitusiya dəyişikli­yinə getməmişdir. Nadir hallarda güc­lü dövlətlər öz Ana yasalarında nəyisə dəyişərlər. Bu, bir qayda olaraq, güc­lü dövlət daha güclü və təsir dairəsi daha əhatəli olan inkişaf səviyyəsinə yüksələndə və ya toplumda total yeni­liklər baş verəndə olur. Məsələn, Tür­kiyə yeni konstitusiya qəbul etməyə hazırlaşır. Çünki Türkiyə Cümhuriyyəti daha yüksək inkişaf və daha əhatəli tə­sir səviyyəsinə çatmışdır və bunların Ana Yasada əks olunması vacibdir. 

Ermənistan isə nəyə nail olmuşdur? Müsbət heç nəyə! Bəs onda İrəvan han­sı səbəblərdən konstitusiyası ilə bağlı ajiotaj yaratmağa çalışır? Guya, hazırkı ölkədaxili siyasi, sosial, ideoloji, iqtisadi, idarəetmə və digər reallıqların fonunda ciddi yeni inkişaf bazası yarada bilər? Bu, bizə hələlik absurd arzu kimi görünür, la­kin Ermənistan, həqiqətən, konstitusiya­sında müəyyən dəyişikliklər etməlidir ki, heç olmasa salamat qala bilsin.

Deməli, Ermənistanın indiki konsti­tusiya dəyişikliyi ilə bağlı atmaq istədiyi addımın arxasında açıq deyilməyən iki məqam dayanır. 

Birincisi, son 300 ildə ermənilərin və sonra Rusiyanın, onlara torpaq hədiy­yəsindən sonra, “Ermənistan” adlandır­dıqları qondarma ölkədə dövlət qurmaq cəhdləri heç bir müsbət nəticə verməmiş­dir. Bunu artıq üstüörtülü də olsa etiraf edirlər. 

İkincisi, XXI əsrin gəlişi ilə Ermənistan özünü çıxılmaz qapalı geosiyasi labirintə salmışdır. O, daxili və xarici miqyasda elə ziddiyyətlər yaratmışdır ki, indiki konstitu­siyanın verdiyi hüquqi imkanlar onlardan xilas olmağa yetərli deyildir. Buna görə də mütləq konstitusion dəyişiklik olmalıdır.

Bunlardan Ermənistanın siyasi böhra­nın yeni növünü yaratdığı və buna görə də ondan xilas yollarının hələ müəyyən edilmədiyi qənaətini almaq olar. Yuxarı­da vurğulanan ümumi tezislərin fonunda erməni siyasi böhranının daha konkret politoloji izahını vermək olar.

Siyasi böhrana aparan yol

Ermənistanın yaratdığı siyasi və ge­osiyasi böhranın başlıca səbəbi onun dövlət və toplum olaraq zəifliyindən qay­naqlanmışdır. Son 300 illik tarixlərində ermənilər mənəvi və siyasi-ideoloji as­pektlərdə daim uydurma faktlarla qidalan­mışlar. Onları kənardan təsirlərlə inandır­mışlar ki, qədim xalqdırlar, güclü dövlətlər qurmuşlar və bu “şanlı tarixi” bərpa etmək olar. Bunun üçün başlanğıc şərt kimi türk və müsəlmanları mütləq mənada düş­mən kimi qəbul etməlisən. Guya, erməni dövlətçiliyi ona görə tarixdə duruş gətirə bilmədi ki, onu türk müsəlmanlar məhv etdilər. Yəni burada psixoloji olaraq bir xalqın taleyinin onun özünün daxili key­fiyyətləri ilə deyil, kənardan olan təsirlərlə formalaşdırıldığını zavallı erməni kütlə­sinə sırımağa başladılar. 

Bu prosesin maraqlı bir cəhəti vardı. Bir tərəfdən, erməni dövlətçiliyini başqa­larının məhv etdiyini sadə ermənilərə sı­rımaqla faktiki olaraq onların zəif olduqla­rını şüuraltına yeridirdilər. Digər tərəfdən isə ermənilərin çox qədim və güclü olma­larını aşılamağa çalışırdılar. Bu iki zidd xəttin psixoloji anatomiyasını erməni şüu­ru anlaya bilmədi və o,kənardan olan tov­latmalara tam olaraq aldandı. Nəticədə erməni mentaliteti və siyasi şüurunda çox ciddi əyintilər və hətta şizofrenik faktorlar inkişaf etdi. 

Ermənilər türk və müsəlmanlara, o cümlədən, azərbaycanlılara qarşı elə nifrət etdilər ki, dünyada misli görünmə­miş cəza üsulları, təhqir formaları, işgən­cə metodları yaratdılar. Onlar heç bir əsas olmadan milyonlarla türk – müsəlmanın həyatını məhv etdilər. Minbir işgəncə, təhqirlər və əxlaqsız savaşlarla, sözün əsl mənasında, soyqırımları törətdilər. Soyqı­rımı törətməkdə ermənilər avropalıları da keçdilər. 

Bütün bunlar erməni psixologiyasın­da və davranışında heç yerdə görünmə­miş radikalizm, ultramillətçi amillər, qatı nifrət və saymazlıq yaratdı. Ermənilərə tədricən kənardan edilən havadarlıqlar onlarda bütün situasiyalarda mənəvi, so­sial, siyasi və hüquqi aspektlərdə haqlı ol­duqları kimi yalançı təsəvvürlər formalaş­dırdı. Onlara elə gəldi ki, bütün hallarda erməni həm üstün, həm də haqlıdır. Və bunun əksi də doğrudur: bütün hallarda türk-müsəlmanlar geridə qalmış və haq­sızdırlar. Bu durumun uzun müddət ermə­ni şüurunda qalmasına Cənubi Qafqazın əvvəlcə Rusiya imperiyasının, sonra isə SSRİ-nin tərkibində olması rəvac verdi. Həmin mərhələdə ermənilər xüsusi təbliğ olunur və bunun fonunda azərbaycanlılar aşağılanırdı. 

Kremlə elə gəlirdi ki, ermənilərin tim­salında əbədi olaraq özünə sadiq kölələr yetişdirə bilmişdir. Lakin ruslara müna­sibətdə də ermənilər ənənəvi dönüklük­lərində qaldılar. II Qarabağ savaşından sonra Ermənistan rəhbərliyi adəti üzrə özünü deyil, yenə kənar qüvvəni ittiham etdi. İrəvan konkret olaraq Rusiyanı onu müdafiə etməməkdə günahlandırmağa başladı və bu proses son zamanlar, ümu­miyyətlə, Ermənistanın özünə yeni hava­dar axtarışı ilə xarakterizə olunmaqdadır. Etiraf edək ki, Ermənistanın siyasi böh­rana düşməsində onun bu dönüklüyü də ciddi rol oynamışdır. 

Yuxarıda qeyd edilənlər göstərir ki, Ermənistanın hazırkı siyasi böhranının fonunda aparılan yeni konstitusiya müza­kirələrinin kökündə dövlət və millət zəifliyi faktı dayanır. Burada “zəiflik” anlayışının iki aspekti nəzərdə tutulur. Birincisi, Er­mənistan həmişə öz daxili tələbatına görə deyil, kənardan olan təsirlərə görə siyasi addımlar atmışdır və bu proses davam edir. İkincisi, bir toplum olaraq ermənilər uydurma faktlar əsasında qonşu xalqlara qarşı dərin nifrət üzərində tərbiyələnmiş­lər ki, bu da yekunda konkret psixoloji apatiya və hətta ətrafa şizofrenik müna­sibət formalaşdırmışdır. Ermənilər toplum olaraq hazırda dünyanın başlıca çağırış­larını anlaya bilmirlər və buna görə də də­yişikliklərə verdikləri reaksiyalar adekvat deyildir. 

Erməni siyasi böhranının digər əlamə­ti cəmiyyətdə hakimiyyət – xalq münasi­bətlərinin qarşılıqlı etimatsızlıq mühiti üzərində qurulması ilə bağlıdır. İqtidar cəmiyyətin bir çox kəsiminə, cəmiyyət də isə bütövlükdə, hakimiyyətə etibar etmir. Politoloji terminlə desək, hər iki tərəf “si­yasi kredit” limitini artıq keçmişdir. Buna görədir ki, hazırda Ermənistanda kütləvi etirazlar dalğası səngimir – hər kəs qar­şısındakını günahlandırır. Hakimiyyətin legitimsizliyi olduqca ciddi məsələdir və belə bir ölkədə sabitlik mümkün deyildir. Sağlam düşüncəyə əsaslanan və konst­ruktiv xarakter daşıyan qərarların qəbul edilməsi ehtimalı da sıfra yaxındır. Bu sə­bəbdən, Ermənistanda yaxın zamanlarda siyasi böhranın finişə çıxacağına inan­maq çox çətindir. 

Erməni siyasi böhranının başqa bir özəl xüsusiyyəti onun qəti geosiyasi kurs müəyyən edə bilməməsindən qaynaq­lanır. İndi rəsmi İrəvan Rusiyaya deyil, Qərbə üstünlük verdiyini bəyan edir. An­caq buna Kreml kəskin reaksiya verdikdə praktiki addım ata bilmir. İrəvan nəzərə alır ki, indi arxalandığı Qərb Gürcüstan­da M.Saakaşvili hakimiyyətini axıra kimi qoruya bilmədi. Eyni ssenari İrəvanda da təkrar oluna bilər. Bunun üçün Ermənis­tan rəhbərliyi çevik geosiyasi seçim et­məlidir. Proseslər isə göstərir ki, o, buna qadir deyildir. Xüsusilə, Antalyada Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermə­nistanın geosiyasi oyunu ilə bağlı faktiki olaraq təhdidedici və aşağılayıcı fikirlər bəyan etməsindən sonra, ölkə üzərində qara buludların dolaşdığı haqqında daha çox danışılmağa başlanmışdır. Məsələ ondan ibarətdir ki, S.Lavrov açıq ifadə etmişdir ki, Moskva Ermənistanla bağlı mövqeyinə yenidən baxa bilər ki, bu da çox şeyin dəyişməsi ilə xarakterizə olu­nar. Ekspertlər bu fikri birbaşa xəbərdar­lıq və təhdid kimi qiymətləndirirlər. Açıq deyək ki, hazırda Rusiya ilə münasibət­lərin həssaslığı Ermənistanın indiki siyasi böhranının mərkəzi punktunu təşkil edir. 

Vurğuladığımız xüsusiyyətlərlə yana­şı, Ermənistanın indiki siyasi böhranında Azərbaycanla münasibətləri normallaşdı­ra bilməməsinin həlledici rol oynadığını da demək lazımdır. Çünki Ermənistanı indiki vəziyyətə həm də Azərbaycanın II Qarabağ savaşında və 23 saat 41 dəqiqə­lik antiterror tədbirlərində əldə etdiyi qali­biyyətlər salmışdır. Bu qələbə Ermənista­nın indiyə qədər yeritdiyi daxili və xarici siyasətin yararsızlığını üzə çıxarmışdır. 

Hərb meydanında isə Azərbaycan Ordusu, sözün həqiqi mənasında, Ermə­nistan ordusunu darmadağın etmişdir. Bununla da Ermənistan bir dövlət kimi hərbi məğlubiyyətə uğramış, bir cəmiyyət kimi də “qəflət yuxusunda yatdığı”nı anla­mışdır. Konkret olaraq, erməni cəmiyyəti başa düşmüşdür ki, Ermənistan ordusu haqqında indiyə kimi yalanlar danışmış­lar və ölkənin təhlükəsizliyinin kənar qü­vvələrə etibar edilməsi tarixi səhv olmuş­dur. Bu faktorların birgə təsiri nəticəsində Ermənistan cəmiyyəti psixoloji bədbinliyə düçar olmuş və onun acı nəticələri cəm halında siyasi-psixoloji və sosial böhran yaratmışdır. 

Daxili ziddiyyətlər və yeni konstitusiya 

Sual nə ritorikdir, nə də ittihamedici. O, Ermənistanın daxili durumunun real mənzərəsindən çıxış edərək sağlam dü­şüncəyə əsaslanır. Doğrudan da, dövlət­çiliyin, millilik anlayışının və idarəetmənin müasir tələblərə uyğun məzmunlaşmadı­ğından yaranmış dərin və əhatəli siyasi böhranı, sadəcə olaraq, yeni konstitusiya vasitəsilə aradan qaldırmağı düşünmək ciddi haldırmı? Bu, arabanı atın qabağı­na qoşmaq misalını xatırladır. Əgər siyasi böhran XX əsrin siyasi böhranlarından fərqli olaraq dövlətin güclü olmasından deyil, zəifliyindən və daha dəqiqi, ümu­miyyətlə, müstəqil dövlətin qurulmasının alınmamasından qaynaqlanırsa, burada hüquqi aspektin aparıcı rol oynaması yetərli ola bilməz. 

Öncə, Ermənistan cəmiyyətinin özü “sağalmalı”dır. Ermənilər toplum halın­da psixoloji və özündən razılıq ilğımın­dan qurtulmalıdırlar. Bu isə konstitusiya ilə tənzimlənən məsələ deyildir. Burada daha dərin sosial-psixoloji, mədəni və ideoloji qatlarda işləmək lazımdır. Xüsu­silə, ermənilərin “millət” və “ideologiya” anlayışları dəyişməlidir. Bu, baş verməsə, heç bir hüquqi qaydalar, hətta konstitusi­ya çərçivəsində tətbiq edilsə belə, fayda verməyəcək. Əksinə, köhnə təfəkkürlü cəmiyyətlə yeni konstitusiyanın prinsipial məqamları arasında ziddiyyətlər kəskin­ləşəcək ki, bu da ortaya yeni siyasi böh­ran çıxaracaqdır. Ondan erməni xalqının və hakimiyyətin qurtuluşu mümkün olma­yacaq. Deməli, rəsmi İrəvanın indi tutdu­ğu yol yeni siyasi dalana aparır. Ancaq xilas yolu vardır. 

Tarixi etiraflar: siyasi böhrandan çıxış yolu

Ermənistan dövlət və xalq olaraq üç tarixi etirafı qəbul etməlidir. Birinci, erməni millətçiliyinin düzgün məzmun­laşdırılmaması, ikinci, qonşu dövlətlərlə münasibətlərin real və ədalətli geosiyasi, sosial-psixoloji, mədəni-mənəvi, siyasi kri­teriyalar üzərində qurulmaması, üçüncü, Azərbaycanın qələbəsini səmimi qəbul edə bilməməsi. Yalnız bu etiraflardan son­ra yeni konstitusiyadan danışmaq olar.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət