Daşkənddə dostluq dərsi

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənd Şərqşünaslıq Universitetinin tələbələri üçün Azərbaycan – Özbəkistan dostluğu mövzusunda açıq dərs keçirilib. 

Tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi, Azərbaycan – Özbəkistan Dostluq muze­yi, Azərbaycan tarixi və dövlətçiliyi mu­zeyi və Azərbaycan xalçaları muzeyi və sərgi zalını gəzib, orada olan eksponat­larla, hər iki ölkənin tarixi və mədəniyyəti­ni əks etdirən kitablarla, şəkillərlə, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tələbələrlə gö­rüşərək onlara Azərbaycan – Özbəkistan əlaqələrinin tarixi və inkişafı barədə ətraf­lı məlumat verib. 

O, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan Azərbay­can və özbək xalqları arasındakı əlaqələ­rin qədim dövrlərə gedib çıxdığını xüsusi vurğulayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvi və özbək mütəfəkkiri Əlişir Nə­vainin yaradıcılığı barədə ətraflı məlumat verən Samir Abbasov iki qardaş xalq ara­sında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin xüsusi rolu olacağına əminliyini bildirib. 

Sonda Şərqşünaslıq Universitetinin tələbələri ətraflı məlumat üçün Mədəniy­yət Mərkəzinin direktoru Samir Abbasova təşəkkür edib, belə dərslərin tələbələrin dil öyrənməsində və mənimsəməsində böyük rolu olacağını bildiriblər. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər