60 yaşlı forumda dünya dincliyə təminat axtarır

post-img

Münxen Təhlükəsizlik Konfransı işə başlayıb. 150-dən çox dünya lideri qlobal təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Almaniyaya toplaşıb. Konf­ransda bir sıra aktual məsələlər, o cümlədən təhlükəsizlik və müdafiə sahə­sində Avropanın rolu, qlobal nizama yeni baxış, iqlim dəyişikliyinin nəticələ­ri, texnoloji tərəqqi və digər məsələlər müzakirə olunacaq. Ukraynaya kömək də konfransda müzakirə ediləcək. Forum çərçivəsində dünyanı narahat edən məsələləri müzakirə etmək üçün qarşı tərəfin xahişi ilə Prezident İlham Əliyev də Münxenə səfərə gedib.

Fevral 16-da dünyanın ən nüfuzlu xa­rici siyasət və müdafiə forumlarından biri olan və bu il 60 illik yubileyini qeyd edən Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Forumun əsas müzakirə sənə­di Münxen Təhlükəsizlik hesabatıdır. Bu il hesabat “Lose-Liose?” adlanır ki, onu da “Hamı uduzacaq?” kimi tərcümə et­mək olar. Sənədin məzmunu, artıq adın­dan da göründüyü kimi, çox bədbindir. Gündəlikdə qlobal təhlükəsizlik böhra­nı, silahlı münaqişələr, miqrasiya prob­lemləri, iqlim və yeni texnologiyaların inkişafı var. Konfransın rəhbəri Kristof Hoysqenin sözlərinə görə, hazırkı hesa­bat “geosiyasi gərginlik və iqtisadi qey­ri-müəyyənliyin artması ilə qeyd olunan dünya siyasətində azalma tendensiya­sını əks etdirir”. Ölkələr daha az əmək­daşlığa və yalnız öz maraqlarına hörmət etməyə daha çox meyllidirlər, buna görə də mövcud böhranların əksəriyyətində iştirak edən bütün tərəflər uduzur və si­yasi qeyri-müəyyənlik artır.

Hesabatda aşağıdakı mövzular vur­ğulanır ki, Rusiya–Ukrayna müharibəsi, Avropadan öz müdafiəsinə və Ukrayna­ya dəstək üçün maliyyə və səylər sərf et­məyi tələb edir. Eyni zamanda Hind-Sa­kit okean regionunda artan gərginlik, xüsusən söhbət Çinin təsirindən gedir. Bundan başqa, hesabatda Yaxın Şərqdə zorakılığın artması, bölgədə müharibə­nin genişlənməsi ehtimalı ilə bağlı nara­hatlıqlar, o cümlədən Afrika ölkələrində bir sıra dövlət çevrilişləri, humanitar böh­rana səbəb olan Sudan müharibəsi, ha­belə Qlobal Cənub ölkələri ilə əməkdaş­lıq, yeni iqlim siyasəti və texnologiyanın inkişafı – strateji texnologiyalarda rəqa­bət (süni intellekt, yarımkeçiricilər) kimi mövzular öz əksini tapıb. 

Bu il konfransda Qlobal Cənub ölkələrindən daha çox nümayəndə işti­rak edəcək və onlarla müzakirələr apa­rılacaq. Latın Amerikası və Cənub-Şərqi Asiyadan, əvvəlki illərdə kifayət qədər təmsil olunmayan bölgələrin nümayən­dələrinin iştirakı gözlənilir. Konfransın rəhbəri Kristof Hoysqerin sözlərinə görə, yüksək çinli məmurların da iştirakını gözləyirlər. Qeyd edək ki, ötən il foruma Çin Xalq Respublikasının xarici işlər na­ziri Van İ də gəlmişdi. Amma təşkilatçılar Rusiya və İran hakimiyyətinin nümayən­dələrini foruma dəvət etməyiblər. K.Hoy­sqer bunu onunla izah edib ki, Rusiya və İran rəsmiləri danışıqlara ciddi maraq göstərməyiblər. Lakin hər iki ölkədən qeyri-hökumət təşkilatları dəvət alıb. 

Ukraynaya kömək etmək konfransın əsas müzakirə mövzularından biri ola­caq. Tədbir çərçivəsində Almaniya və Ukrayna arasında təhlükəsizlik sahəsin­də əməkdaşlığın gücləndirilməsinə dair saziş bağlanıb. Razılaşmanı Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts imzalayıb. Əvvəllər Ukrayna ilə Böyük Britaniya arasında oxşar saziş bağlanıb. Burada söhbət təhlükəsizlik təminatından getmir: Kiyev və London arasında razılaşma tərəflər­dən heç birini digər tərəf üçün mübarizə aparmağa məcbur etmir. Bununla belə, o, hərbi yardımın göstərilməsini (o cüm­lədən silah və texnikanın tədarükü, hər­bi və tibbi personalın təlimi), kəşfiyyat məlumatlarının mübadiləsini, kibertəh­lükələrə qarşı birgə mübarizəni və təh­lükəsizlik sahəsində əməkdaşlığın digər formatlarını rəsmiləşdirir. 

Hesabatda, həmçinin qeyd olunur ki, Avropa İttifaqı və NATO üzvlük yolun­da olan ölkələrə fəal dəstək verməlidir. NATO müttəfiqləri, lazım gələrsə, üzv­lüyə qədər aralıq ikitərəfli təhlükəsizlik zəmanətləri təqdim etməlidirlər. Yanva­rın 17-də Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Fransa da Uk­rayna ilə ikitərəfli təhlükəsizlik zəmanəti müqaviləsi imzalayacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev də Münxendədir və konfrans təşkilatçı­larının xahişi ilə Almaniyaya səfərə ge­dib. Dövlət başçımızın belə bir mühüm tədbirə dəvət olunması, əlbəttə ki, Azər­baycanın artan nüfuzundan xəbər verir. Azərbaycan ikitərəfli formatda əməkdaş­lığın tərəfdarıdır və xarici siyasətimiz bə­rabərhüquqlu münasibətlərə, bir-birinə hörmət, xoş münasibət, daxili işlərə qa­rışmamaq prinsiplərinə söykənir. Bütün ölkələrlə ikitərəfli münasibətlərimiz müs­bət, qarşılıqlı hörmət və etimada əsas­lanır.

S.MƏMMƏDOV
XQ

Siyasət