Ermənistan etiraf etdi: “Atəşkəsi birinci biz pozmuşuq”

post-img

Erməni saytları etiraf ediblər ki, sonuncu insident zamanı atəşkəs onlar tərəfindən pozulub. Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından deputat Akop Aslanyan mediaya açıqlamasında deyib: “Nerkin-And yaşayış məntəqəsi yaxınlığında baş verən hadisəyə aydınlıq gətirilməlidir. Bildiyimə görə, günah bizdə olub”.

A.Aslanyan bildirib ki, o, Nerkin-And kəndindən olan şəxslərlə danışıb: “Onlar mənə dedilər ki, birinci qanun pozuntusu bizim tərəfimizdən olub”.

Qeyd edək ki, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Pərviz Xəlilzadə yaralanıb. Buna cavab olaraq Azərbaycan DSX-nin keçirdiyi “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu darmadağın edilib. 

P.ƏMİRCANOV
XQ

Siyasət