Hayların Qafqazda özlərinə uydurma tarix yaratmaq cəhdləri əsassızdır
...2015-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı tele-jurnalist Vladimir Poznerə müsahibə verir. Bir vaxtlar həmkarı, amerikalı jurnalist Fil Donaxyu ilə Moskva–Vasinqton arasında tele-körpü lahiyəsinin aparıcısı, sovet quruluşunu təbliğ edən, SSRİ dagildıqdan sonra isə kommunist əqidəsini demokrat “imici” ilə pərdələyən Pozneri hamı yaxşı tanıyır. Həmin müsahibədə erməni prezidenti jurnalistə deyir ki, siz niyə məndən soruşmursunuz ki, Ermənistan nə üçün monoetnik dövlətdir? Ardınca sualına özü cavab verir: “Çünki çar höküməti ermənilərin ona isti münasibətini bilirdi. Bu səbəbdən, Ermənistana başqa milləti köçürməyi məqsədəuyğun saymırdı”.
Müsahibə bu ruhda davam edir. Əlbəttə ki, ikiüzlülükdə nə Poznerə, nə də onun müsahibinə çatan olmaz. İntəhası, ortaya maraqlı suallar çıxır. Məsələn, 1828-ci ilin oktyabırında nə baş verib? Nə üçün Qafqazdakı rus qoşunlarının baş komandanı İrəvanski təxəllüsünü götürüb? İrəvanda rus ordusu kiminlə döyüşüb? Əslində, Sarkisyanın sözlərində qeyri-adi heç nə yoxdur. Min illərdir ermənilər belə yalanlar uydurur, Pozner kimilər də bundan öz məqsədləri üçün istifadə edirlər.
Adolf Hitler yazırdı: “Mübarizədə yalandan mümkün qədər çox istifadə etmək lazımdır. Yalan nə qədər heyrətamiz olarsa, insanlar ona daha tez inanır. Qələbə qazandıqdan sonra heç kəs bizdən soruşmayacaq ki, yalan haradadır, doğru harada?”
Ermənilərin mənəvi atası Hitlerin bu fikrini faşist Almaniyasının maarif və təbliğat naziri Yozef Gebbels inkişaf etdirərək yazırdı: “Yalanı dönə-dönə təkrar etsən, o, artıq həqiqət olur”.
Haylar yüz illərdir deyir və yazırlar ki, Qafqazda dövlətçilik Urartu ilə başlayır. Urartu isə guya, qədim erməni dövlətidir. Tanınmış erməni tarixçisi Gevorq Aslan yazır ki, ermənilərin heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayıb: “Ona görə də onlarda Vətənə bağlılıq hissi yoxdur Erməni vətənpərvərliyi yalnız onların məskunlaşdığı məkanla bağlıdır”. Digər bir erməni akademik Manuk Abeqyan “Qədim erməni ədəbiyyatı tarixi” kitabında yazır: “Erməni xalqının mənşəyi, bu yerlərə nə zaman və haradan gəlmələri, erməniyə çevrilmələri, onların millət kimi formalaşmalarına hansı qəbilələrin və nə dərəcədə təsir göstərməsi barədə dəqiq və etibarlı məlumat yoxdur. Məsələnin qəlizliyi məlumatın olmaması deyil, onun ya gizlədilməsi, ya da qəsdən başqa qədim dövlət, yaxud xalqla qarışdırılması ilə bağlıdır. Sadə bir misal: Hansısa erməni, yaxud ermənipərəst alimdən müsahibə alınır. Onun saxta titulları sadalandıqdan sonra “alim” Misir ehramlarının layihəsinin koptilərin içində yaşayan erməni arxitektor tərəfindən çəkildiyini, inşaat işlərinin erməni mühəndislər tərəfindən aparıldığını deyir. “Alimin” qarşısındakı insanın hansı vəziyyətə düşdüyünü təsəvvürünüzə gətirin. Bu səbəbdən insanlar Urartunu erməni dövləti kimi tanıyırlar.
...Erməni xalqının mənşəyi barədə bu sual hələ də aktualdır: haylar yerlidir, yoxsa Qafqaza gəlmədirlər? Məsələyə obyektiv mövqedən yanaşan alimlər hayların gəlmə olmalarını əsas götürür və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiyanın yerli xalqları ilə qaynayıb qarışdığını qeyd edirlər. Bu, e.ə ll-l minilliklərdə baş verib. Müasir erməni dili Hind–Avropa dil ailəsinin xüsusi qoluna məxsusdur. O, yunan və alban dillərinə daha yaxındır. Onda bəs necə oldu ki, haylar, yaxud ermənilər birdən-birə aborigen qafqazlı olmaqla yanaşı, həm də urartulaşdılar? Məsələ heç də akademik Manuk Abeqyanın dediyi kimi, qəliz deyil. İşlərin bu cür dolaşığa düşməsində erməni tarixçilərin özləri maraqlıdır.
XX əsrin 30-cu illərində, guya, het yazıları tapılıb. Bu yazılarda Van gölü ətrafında ilk erməni çarlığının mövcud olduğu aşkarlanıb. Hətta bu çarlığa aid pullar da tapılıb. Beləliklə, bu tapıntı ermənilərin Qafqaza gəlmə olması konsepsiyasının üstündən “xətt çəkir”. Amma bu erməni yalanının üstü tezliklə açıldı. Het epiqrafik parçanın bilərəkdən səhv oxunduğu, pulun isə orta əsrlərdə Atabəylər dövründə kəsildiyi sübut edildi.
Urartunun erməni dövlətinə çevrilməsi hayların uydurduğu ən gülməli yalandır. Bizim e.ə. lX-Xlll əsrlərdə Urartu dövləti mövcud olub. Bu dövlət o dövrün məlum imperiyaları Het, Lidiya, Assuriya ilə qarşılıqlı əlaqədə olub. Urartulular hurrilərə qohum olmaqla yanaşı, hurri dilində danışan xalqdır. Hayların onları özlərinə əcdad seçməsi isə gülünc yalandır. Məqsəd özlərini Şərqi Anadolunun yerli xalqına “çevrilməkdir”. Şərqi Anadoluda Van qülləsi, 50 metr uzunluğunda Şamran kanalı üzərində rahat oxunan urartu yazıları ilə zəngindir. Urartu dili Nax-Dağıstan dil qrupuna aiddir. Yuxarıda deyildiyi kimi, Linqvistik tədqiqatlar sübut edir ki, Hind–Avropa dil ailəsinə məxsus erməni dili həddən artıq deformasiyaya uğrayaraq, Qafqaz dillərinə qarışıb. Dəqiqliklə oxunan Urartu dilinin erməni dili ilə heç bir yaxınlığı yoxdur. Qədim müəlliflər hay və frakiyalıların eyni dildə danışdığını qeyd edirdilər. Professor Kəmaləddin Koroğlu yazır ki, Urartu dövründə Şərqi Anadolu və Qafqazda ermənilər olmayıb. Onlar yalnız farslar dövründə Şərqi Anadoluya gəlməyə başlayıblar. Bu dövrdə isə artıq Urartu dövləti yox idi. Professor V.Movrodin yazır: “Urartu Ararat (Ağrı) dağının adından meydana gəlib”.
Tarixdən bəllidir ki, Van gölünün qərbində Arma vilayəti olub. Yeri gəlmişkən, bu ad ilk dəfə Əhəməni hökmdarı Daranın Bisutun kitabəsində çəkilir. E.ə. 612-ciildə Arma vilayəti Midiyanın hakimiyyəti altında olur. Həmin vilayətdə yaşayan altı qəbilədən yalnız birinin Frakiyadan gəlmə haylar olduğu güman edilir.
Yalnız Maqneziya döyşündən sonra haylar müstəqil olublar. Bu isə e.ə. 190-cıildir. Erməni tarixçilərinin ağızdolusu danışdığı, yeri, yurdu, məzarı tapılmayan Tiqran isə Parfiyalıdır. Pompeyin yürüşündən sonra onun zəbt etdiyi torpaqlar sahiblərinə qayıdır. Haylar isə Romaya tabe olurlar. Məlum dövrdə Qarabağa köçürülən ermənilər həmin fənddən (bunu başqa cür adlandırmaq olmaz) istifadə ediblər. Haylar Şərqi Anadoluya gələndə olmayan Urartu dövlətinə varis çıxdılar. Azərbaycanda da bu işi “uğurla” həyata keçirdilər. Amma tarix saxta yazılı daş parçalarını rədd etdi.
...Erməni tarixçisi B.İşxanyan yazır: “Qarabağda yaşayan ermənilərin bir hissəsi yerli əhali olan albanların nəslindəndir, digərləri Türk (Osmanlı) və İran qaçqınlarıdır. Azərbaycan torpaqları bu qaçqın və köçkünlər üçün sığınacaq yeri oldu”(“Narodnosti Kafkaza”. Sankt-Peterburq, 1916).
Bəli, erməni saxtakarlığı, yalanı sərhəd bilmir. Əgər bunu dünyada kimsə görmək istəmirsə, demək, o, mənən kordur. Hay xarakterini görkəmli gürcü mütəfəkkiri İlya Cavçavadze daha aydın xarakterizə edir. “Onlar (ermənilər) o qəbilədəndirlər ki, köçürüldüyü yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bu yerlər bizim ulu babalarımızındır.”
Əslində, SSRİ dövründə böyük bir erməni mifi yaradılmışdı. Bu gün Limonov, Satanovski və bu qəbildən olan, alimlik ləyaqətini erməni puluna satmış “tarixçilər” cidd–cəhdlə “hay konsepsiyanı” davam etdirməyə çalışırlar. Fəqət bunun heç bir faydası yoxdur. Çünki bu yalanlara inanan insanların sayı getdikcə azalmaqdadır.
Dilavər QURBANOV,
BDU-nun Qazax filialının və Ağstafa texniki humanitar təmayüllü liseyin tarix müəllimi