İspaniyada cüdoçumuz gümüş medal qazanıb

post-img

İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib. 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığmamız beynəlxalq yarışı bir medalla başa vurub. 57 kq çəki dərəcəsində çıxış edən Vüsalə Hacıyeva gümüş medal qazanıb. 

Qeyd edək ki, yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunub.

Qabil YUSİFOĞLU
XQ

 





İdman