Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mühəndislik Akademiyasının 2024-2030-cu illəri üçün Fəaliyyət Konsepsiyası müzakirə olunub.
Akademiyanın prezidentiakademik Arif Paşayev öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına (WFEO) tamhüquqlu üzv seçilib.
Vurğulanıb ki, Azərbaycan Mühəndislik Akademiyasının WFEO, Beynəlxalq Mühəndislik Akademiyası və İslam Ölkələri Mühəndislik Federasiyası ilə əməkdaşlığı sahəsində mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənəcək, akademiyanın nailiyyətləri daha da artacaq, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək və hüdudları digər akademiyalarla genişlənəcək. Bu nailiyyət aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nəticələrini bölüşmək, aktiv müzakirələrini aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı platformadır. Bu məqsədlə Akademiyanın Fəaliyyət Konsepsiyası işlənib-hazırlanıb və qəbul edilib.
Uzunmüddətli Fəaliyyət Konsepsiyası akademiyanın idarəetmə strukturunu və fəaliyyətini təkmilləşdirəcək, insanların ekosistemə mənfi təsirini azaldacaq, elm və texnika, müasir texnologiyalar sahəsində dövlət proqramlarının, strategiyaların və eləcə də hüquqi aktların müəyyənləşdirilməsində böyük rol oynayacaq. Konsepsiya ölkəmizin iqtisadi, sosial və mənəvi həyatına töhfə verəcək.
XQ