Erməni ekspert: Fransa Cənubi Qafqazdan ikinci silləni almaq istəməyəcək

post-img

“Mən “Le Figaro”nun fransız nəşrinin redaktor müavini, politoloq Jan-Kristof Buissona düzgün qiymət verdiyinə və xalqımızın gözünü açdığına görə təşəkkür etmək istəyirəm. Mən Paşinyanın və onun siyasi qrupunun üzünə bir sillə vurdum ki, xalqını aldatmasınlar, Fransa dövlətinə arxalanmasınlar”.

Bu barədə erməni hərbi ekspert Hayk Nahapetyan Ermənistan KİV-nə müsahibəsində deyib.

“Azərbaycan Aİ ölkələri, xüsusən də Fransa üçün enerjisi bazarında ciddi tərəfdaşdır. Ötən il Fransanın “Total” şirkəti ilə Azərbaycanın SOCAR-ı arasında on milyardlarla dollar dəyərində enerji resurslarının alınmasına dair müqavilə imzalanması, Naxçıvanda bir sıra Fransa müəssisələrinin fəaliyyət göstərməsi, Azərbaycanın bu ölkədən mülki təyyarə alması bir göstəricidir.

Son vaxtlar Ukraynada Rusiyanın hava zərbələri nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçinin həlak olması ilə bağlı bəzi faktları nəzərə alaraq, Fransanın Rusiya ilə toqquşmaq istəməməsi ilə bağlı fikirlərlə razıyam. Nəticə etibarı ilə Fransa bu silləni Rusiyadan aldı və təbii ki, Cənubi Qafqazdan da bir sillə almaq istəməyəcək”, - deyə ekspert bildirib.

Rizvan FIKRƏTOĞLU
XQ

Siyasət