Ceyhun Bayramov Uqandaya işgüzar səfərə yola düşüb

post-img

Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı, yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Siyasət