Şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilib

post-img

2023-cü ildə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilib.

Bu barədə Bakı şəhər prokurorluğunun 2023-cü ilin yekunlarına dair hesabatında yer alıb.

Hesabatda, həmçinin bildirilir ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından altı nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan bir nəfərə töhmət, üç nəfərə şiddətli töhmət verilib, bir nəfərə irad tutulub, bir nəfər tutduğu vəzifədən azad edilib.

Sosial həyat