Tovuzda məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar

post-img

Tovuz rayonu ərazisində fəaliyyət göstərən 105 Tovuz-Gədəbəy, 106 saylı Tovuz və 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrində məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar treninqlərə start verilib.

Yanvarın 23-dək davam edəcək tədbirlərin məqsədi məntəqə seçki komissiyası üzvlərinin peşə hazırlığının artırılması ilə bağlı müxtəlif proqramların həyata keçirilməsinin təmin edilməsidir.

Treninqlərdə seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri, səslərin hesablanması və yekun protokolların doldurulması qaydaları ilə bağlı ətraflı məlumatlar verilir.





Sosial həyat