Cənubi Qafqazın geosiyasi parçalanma riski

post-img

II Məqalə

Ermənilər öz fikirlərini, hissləri­ni və niyyətlərini gizlədən dələduz­lara və yalançılara çevrilmişlər.

Aleksandr Düma (Ata)

Birinci yazımızda Cənubi Qafqazda geosiyasi parçalanma riskinin təməlin­də hazırda regionda rəqabət aparan iki geosiyasi xəttin qarşılıqlı münasibət­lərindən yaranan ziddiyyətli vəziyyə­tin dayandığı tezisini irəli sürmüşdük. Həmin geosiyasi trendlərdən biri son yüzilliklərdə Cənubi Qafqazda domi­nantlıq edən “konfrontasiya geosi­yasəti”dir. Digəri isə dünyanın güclü geosiyasi aktorlarının II Qarabağ sava­şından sonra postmüharibə mərhələ­sinin mahiyyəti və məzmununa uyğun inkişaf edən “yeni geosiyasi konstruk­tivizm” xəttidir. 

Konfrontasiya geosiyasətinin regionda aktoru Ermənistandır. Konstruktiv geo-siyasətin aparıcı gücü isə Azərbaycan­dır! Müəyyən mənada, bu iki yerli gücün qarşılıqlı münasibətləri və ona dünyanın böyük güclərinin təsiri özəlliyi hazırda re­gional geosiyasi proseslərin əsas trekini təşkil edir. Məsələnin bu tərəfi üzərində geniş dayanmaq lazım gəlir. 

Siyasi və geosiyasi etibarlılıq

Ümumiyyətlə, keçən əsrin sonları XXI əsrin əvvəllərindən siyasətdə etbarlılıq məsələsinin dərki xeyli aktuallaşmışdır. Tədqiqatçılar məsələni birbaşa “tərəflərin bir-birinə etibarı” anlamı kontekstində qo­yurlar. Problem miqyasından asılı olma­yaraq, siyasi və geosiyasi münasibətlərin müsbət nəticəli tənzimlənməsi konteks­tində araşdırılır. Məsələn, Frensis Fuku­yama 1996-cı ildə bir cəmiyyət və ölkə mqiyasında etibarllılıq problemini sosial fəzilətlilik və tərəqqiyə aparan yol faktor­ları ilə sıx bağlılıqda araşdırmışdır. O, müxtəlif ölkələrdə iqtisadi, sosial və siyasi xarakterli etibarlılığın modellərini tədqiq etmişdir. 

Müəllif nümunə kimi, ABŞ, Böyük Bri­taniya, ÇXR, Fransa, Yaponiya, Rusiya və digər dövlətlərin etibarlılıq dərəcəsini araşdırılır. Bütün faktorları vahid sistem­də birləşdirmiş və ümumu nəticələr əldə etmişdir. F.Fukuyama hesab edir ki, ka­pitalizm sistemində uğurluluq əsas ola­raq etibarlılıqla müəyyən olunur. Burada etibarlılıq dövlətin köməyi olmadan ailə­dən kənarda insanların birləşə bilməsini ifadə edir. Həmin kriteriya əsasında F.Fu­kuyama ABŞ, Almaniya və Yaponiyanı yüksək etibarlılıq dərəcəsi olan ölkələr kimi müəyyənləşdirir. Politoloji aspektdə etibara iki rolda baxırlar. Birincisi, toplum miqyasında həmrəylik dərəcəsidir. İkin­cisi, etibar toplum səviyyəsində qəbul edilən “oyun qaydaları”na əməl etməkdir. O cümlədən, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdir. F.Fukuyama bu rolla­rın bir-biri ilə sıx əlaqədə olduğunu yazır. 

Deməli, ümumi halda etibar subyektin (bu halda dövlətin, ölkənin) təsəvvürləri və əhval-ruhiyyələrinin cəmidir ki, onun resurslarının artması və ya azalmasına gözləntisini əks etdirir. Eyni zamanda, bu, subyektin bu funksiyaları yerinə yetirməyə hazırlıq səviyyəsinin göstəricisidir. Təbii ki, bunlara əks olan keyfiyyətlərin cəmi etibarsızlığı ifadə edir. Psixoloji olaraq, etibarlılıq kommunkasiyanın ön qaydası kimi dərk edilə bilər. 

Bütün bunların fonunda Konfutsinin etibarlılıq anlayışının maraqlı izahı vardır. Humanizm, qanunçuluq, xeyirxahlıq və müdriklik etibara əsaslanır və o, bütün bu prinsiplərin təməlində dayanır. 

Onu da qeyd edək ki, etibarlılıq dərə­cəsində iki aspektdən biri daha aktiv rol oynaya bilər. Onlardan biri oyun qayda­larının üstünlük təşkil etməsidir. Digəri isə şəxsi münasibətlərin, mənəvi-əxlaqi fak­torların üstün olmasıdır. Etibarlılığın birinci halında cəmiyyət qanunun aliliyi ilə idarə olunur. İkinci növdə şəxsi münasibətlər önə çıxır ki, bu da bərpa korrupsiyanı güc­ləndirir. Birinci cəmiyyətlərə “soyuq top­lumlar”, ikincilərə isə “isti toplumlar” deyir­lər. Rusiyanı ikincilərə aid edirlər. 

Etibarlılıq məsələsini ayrıca bir cəmiy­yətə o dərəcədə aid edirlər ki, bir sıra tə­dqiqatçılar həmin fenomeni “qorxusuz iş” adlandırırlar. 

Etibarlılıqla bağlı bu tezisləri siyasi və geosiyasi sferalara tətbiqini necə konsep­tuallaşdırmaq olar? Öz-özünə aydındır ki, siyasi və geosiyasi münasibətlərdə etibarlılıq ciddi yer tutur. Bunu həm sö­zün adi mənasında, həm də nəzəri anla­mında dərk etmək çətin deyil. Və burada söhbət dövlətlərin etibarlılığından, qəbul edilən qaydalara, müəyyən olunan oyun qaydalarına əməl etmələrindən danışmaq mümkündür. Əgər dövlət razılaşdırılmış şərtlərə hər hansı bəhanə ilə əməl etmək­dən boyun qaçırırsa, bu, onun yüksək etibarsızlıq göstəricisidir. Belə olan hal­da, həmin dövlət oynadığı roldan səmərə gözləmir və ya səmərə olacağına inanmır. Nəticədə, o, etibarsız tərəfdaş olur. 

Etibarsızlıq və etibarlılıq əlamətlərinin siyasi və geosiyasi faktorları kimi bir sıra terminlərdən istifadə etmək olar. O sırada “siyasi normalar”, “siyasi suverenlik” və “siyasi təzyiq” anlayışlarına nəzər salmaq lazım gəlir. 

Siyasi normalar

“Siyasi normalar” siyasi dəyərlər və siyasi qaydaları, nümunələri tənzimləyən vacib requlyativdir. Bütövlükdə siyasi normalar siyasi davranışı, gözləntiləri və standartları, qadağaları konkret siyasi sis­temin dəyərlərinə uyğun tənzimləməsidir. O halda regional miqyasda geosiyasi nor­malar regionun dəyərlərinə uyğun dövlət­lərarası münasibətlərin tənzimlənməsini ifadə edir. Burada regionun təhlükəsizliyi və sabitliyi ön plana çıxır. 

Siyasi və geosiyasi suverenlik

Vurğulanan tezislərdən “siyasi suve­renlik” və “regional geosiyasi suveren­lik” kimi anlayışlara baş vurmaq olar. Si­yasi suverenlik dedikdə dövlətin başqa mərkəzlərdən asılı olmadığı ifadə edilir. Regional miqyasda geosiyasi suverenlik isə region ölkələrinin birgə kənar təsirləri neytrallaşdırmaq əsasında ortaq maraq­larını təmin edən geosiyasi şərtlərə əməl olunmasıdır. Aydındır ki, burada həm re­gionun ayrı-ayrı dövlətləri suveren olmalı, həm də onlar həmin suverenlik “sahəsi”n­də, bütövlükdə, regionun asılı olmaması­nı nəzərdə tutan ortaq şərtləri müəyyən etməlidirlər. Lakin bu da son hədd deyil. Çünki, eyni zamanda, həmin şərtlərə prak­tiki əməl edilməsinə nail olmaq gərəkdir. 

Buradan aydın olur ki, siyasi suveren­lik olmadan hər hansı müstəqil dövlətin siyasi (həm də geosiyasi) normalara real əməl etməsi mümkün deyildir. Ona görə də siyasi suverenlik siyasi normaları təmin edən ümumi “fondur”. Eyni məntiqlə geo­siyasi suverenlikdən danışmaq olar. Hər hansı bir region o zaman geosiyasi su­veren olur ki, qəbul edilən qaydalara bü­tün region ölkələri əməl etsinlər. Üstəlik, bunun geosiyasi proyeksiyasına birlikdə (yəni qarşılıqlı əlaqədə) nail olsunlar. 

Siyasi və geosiyasi təzyiq

Siyasi suverenlik və siyasi normala­rın etibarlılıq kontekstində münasibətləri­nin müəyyən edilməsində “siyasi təzyiq” anlayışının roluna da baxmaq gərəkdir. Əslində, geosiyasi sabitlik və bütövlük aspektində siyasi (iqtisadi, sosial, ideoloji, energetik və s.) təzyiqlər siyasi normaların hansı dərəcədə siyasi suverenliyin təmin edilməsində rol oynaya biləcəyinin ölçü­südür. Siyasi təzyiqin sıfır olduğu yerdə normalar maksimal tətbiq edilə bilir, əks halda vuğrulanan nisbət dəyişir. Buna görə də “siyasi təzyiq”in konseptual an­lamı vacibdir. Siyasi təzyiq geosiyasi kon­tekstdə və regional təhlükəsizlikdə kənar qüvvənin regional miqyasda öz marağının təminatı üçün tətbiq etdiyi texnoloji-ideolo­ji, diplomatik və iqtisadi təsirlər sistemidir. Bunun üçün xüsusi təzyiq qrupu yaradıla bilər. Lakin, bu, mütləq şərt deyildir. Əsas odur ki, təzyiq subyekti (ayrıca bir güclü dövlət və ya dövlətlər qrupu) yerli ölkələrə müxtəlif üsullarla onun şərtləri əsasında fəaliyyət göstərmələrini tələb edir. Bu da istər-istəməz həm yerli dövlətlərin əks-re­aksiyasına səbəb olur, həm də regionda geosiyasi sınma xətləri (və ya çatları) ya­radır. Regional intriqalar, qarşıdurmalar və münaqişələr həmin geosiyasi sınma xət­ləri üzrə yarana bilər. Aydındır ki, bu və­ziyyət regional parçalanmalara ciddi təsir edə bilər. 

Beləliklə, siyasi və ya geosiyasi təzyiq müxtəlif dərəcədə regional geosiyasi bü­tövlüyə mənfi təsir edir və parçalanmala­ra yol açır. Bu proses dövlətin etibarlılıq dərəcəsi ilə birbaşa bağlıdır.

Qarşıdurma vəgeosiyasi konstruktizm

İndi vurğulanan nəzəri məqamların konkret Cənubi Qafqazda təzahür nü­munələrinə baxaq. Biz, geosiyasi parça­lanma riskinə geosiyasi konfrontasiya və yeni geosiyasi konstruktivizm xətlərinin qarşılıqlı təsirlərinin ortaq “məkanı”nda nəzər salacağıq. Konkret faktlardan baş­layaq. Rusiyanın Xarici İşlər naziri Ser­gey Lavrov (atası ermənidir) Ermənistan rəhbərliyinə çağırış edərək bildirmişdir ki, ABŞ-a etibar (diqqət edin, “etibarlıq” anla­yışı konkret geosiyasi kontekstdə işlədilir) edən hər bir postsovet məkanı ölkəsinin “qibtə edilməyəcək taleyi olur”. Burada si­yasi məntiq üç geosiyasi məqam üzərində qurulmuşdur: Birincisi, “Ermənistan Rusi­yanı itirərsə...”, ikincisi, “İrəvanda bir sıra aparıcı siyasətçilər bunu deyirlər”, üçün­cüsü, “Rusiyanı itirməyi, bir qayda olaraq, Qərbi qazanmaq fonunda qəbul edirlər”. 

Burada üç məntiqi özəl bir ümumi mənzərə yaradır: Rusiyaya görə, Ermə­nistan geosiyasi etibarsız dövlətdir! Er­məni siyasətçilərin ritorikasına görə, bu etibarsızlığın o biri tərəfi Qərbə etibar etməkdir. Bunların hansının real olduğu­nu zaman göstərəcək. Lakin geosiyasi etibarsızlıq aspektində əhəmiyyətli olanı ondan ibarətdir ki, Rusiyanın bu qiymət­ləndirməsi birbaşa regional geosiyasi təhlükəsizliyin və sabitliyin təminatı kon­tekstində real məzmun kəsb edir. Çünki Moskva məsələni məhz həmin müstəvidə təqdim edir: “Qərbə üz tutanların taleyi qi­btəedici deyil”. 

Şübhə yoxdur ki, bu cür yanaşma bir­başa Cənubi Qafqazda geosiyasi olaraq hər şeyin dəyişə biləcəyinə işarədir. Bu mənada, söhbət Ermənistana göstərilən siyasi təzyiqdən gedir. Elə bir təzyiq ki, erməni dövlətinin suverenliyi şübhə altına alınır. Və eyni zamanda, siyasi normaları, əvvəllər əldə olunmuş razılaşmaları qey­ri-legitim və təxribatçı formada pozmaqda Ermənistanı ittiham etməkdir!

(ardı var)

F.MƏHƏMMƏDOĞLU
XQ

Siyasət