Kreml: Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bəyan edirlər

post-img

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər.

“Caliber” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Bakı və İrəvan bu yaxınlarda sülh müqaviləsi üzərində işi başa çatdırmaq niyyətlərini dəfələrlə bəyan ediblər. Rusiya Prezidentinin mətbuat katibi də dövlətlər arasında imzalanan sazişlərin əhəmiyyətini qiymətləndirərək, bunların Qafqaza proqnozlaşdırıla bilən mühit gətirəcəyini qeyd edib.

“Hər iki tərəf, əslində, bu yaxınlarda dəfələrlə məsələni başa çatdırmağa, sülh müqaviləsi üzrə işi yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Rusiya onlara kömək etməyə hazırdır, bunu alqışlamağa hazırdır”, - Kreml rəsmisi bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət