Daniel Pommier Vinçelli: Qərbi Azərbaycan məsələsinin həlli dünyadakı oxşar problemlərin həllinə yol göstəricisi ola bilər

post-img

İki onillik ərzində dünyada adambaşına düşən köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdən birini tuturdu. Buna səbəb isə Qarabağ və ətraf rayonların işğal olunması idi.

Bu sözləri "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində italiyalı professor Daniel Pommier Vinçelli söyləyib.

O qeyd edib ki, Qərbi Azərbaycan məsələsinin həlli dünyadakı oxşar problemlərə bir yol göstəricisi ola bilər. Qərbi azərbaycanlılarla bağlı konfransa gələrkən məni qınayanlar oldu. Amma bu konfrans təkcə Azərbaycan üçün yox, qlobal əhəmiyyətli məsələlərin həlli baxımından da əhəmiyyətlidir.

Siyasət