Oskanyanın “Ermənistan boşqabdadır” məntiqi və riyakarlığın anatomiyası

post-img

Keçmiş XİN rəhbəri Paşinyan iqtidarını hədəfə almaqla, özünün təmsil olunduğu mənfur komandanın iç üzünü açır

Qocaldıqca ağlı ilə bərabər, simasını da itirən Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yenə də ağzına gələni danışıb. Bu barədə söz açacağıq. Hələlik isə bildirək ki, son zamanlar V.Oskanyanın işi-gücü baş nazir Nikol Paşinyanın komandasına ağıl verməkdir. Doğrudur, Nikol və komandasının ağıla ehtiyacı var. Ancaq Oskanyanın ağlına yox. Çünki bu şəxs hazırda tipik erməni xəstəliyinin bariz sifətidir, özündə avantürizmi nəinki bəsləyir, onu yoluxucu mərəz kimi həm də ətrafa sıçratmaqla məşğuldur. 

Amma bir neçə ildir fəallığını artı­ran V.Oskanyan Facebook hesabında yaydığı axırıncı videomüraciətində ar­tıq erməni iqtidarına ağıl verməkdən daşınıb. Yəqin, bunun mənasızlığı qənaətinə gəlib. Deyir ki, Paşinyanın hərəkətləri və onun hakimiyyəti sayə­sində Ermənistan “Artsax”ı viran qoydu və gümüş nimçədə Azərbaycana təq­dim etdi. 

***

Ermənistanın keçmiş xarici işlər na­ziri, eyni zamanda, bildirib ki, müstəqil­lik əldə etdikdən sonra ölkədə 4 lider - 3 prezident, konstitusiyaya dəyişiklik­lərdən sonra isə artıq baş nazir var idi. Onların dövründə Qarabağda yeni pre­zident seçildi. Amma bu üç rəhbərdən heç biri Qarabağın yeni “prezidentinin” andiçmə mərasimində rəqs etməyib, Xankəndi meydanında çıxış edərək deməyib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Paşinyan isə bunu etdi. 44 günlük müharibədən cəmi bir neçə gün əvvəl isə o, Matenadaran zalında Er­mənistanın 20-50 illik baxışını açıqla­dı. Həmin baxışa əsasən ölkəyə yeni ərazilərin lazım olduğu bəyan edildi. Oskanyanın fikrincə, Paşinyan və hö­kuməti sadəcə yuxuda idi və bu gün də vəziyyət eynidir. “Bütün bunların nə­ticəsi o oldu ki, “Artsax”ı viran qoyub, nimçədə Azərbaycana təhvil verdik. Bu gün isə Ermənistan artıq boşqabdadır, lakin onlar hələ də bunu kimə verəcək­lərini bilmirlər”, - deyə Oskanyan bildi­rib.

***

Əslində, Oskanyanın dilə gətirdiklə­ri reallıqdır. Başlıca məsələ isə budur ki, reallıq gündəmə şərəfsizcəsinə, riyakarlıqla sırınır. Onun söylədiklə­rindən belə nəticə hasil olur ki, Nikola qədərki erməni siyasi industriyası, o cümlədən hakim komandası Qaraba­ğı vaxt öldürməklə, hiyləgərliklə sax­lamaq istəyirmiş. Bunu sübuta yetirən başqa amillər də var. Axı erməni beyin mərkəzləri bir zamanlar Azərbaycanda nəsil dəyişikliyinin Qarabağa müna­sibət trayektoriyasını cızmış, müddət müəyyənləşdirmişdilər. Məsələn, 20, 30, 40, 50 ildən sonra Azərbaycan in­sanı Qarabağı hansı formada unuda­caq. Amma hesablamalar puça çıxdı. 

Prezident İlham Əliyevin də fəxrlə bildirdiyi kimi, bölgəni onun hakimiy­yəti dövründə dünyaya gəlmiş gənclər azad etdilər. Ümumən, Azərbaycan xalqı Qarabağ dərdini unutmadı, döv­lətimizin siyasəti bu dərdi ümummilli müqavimət və dirəniş əzminə çevirdi. Yekun parlaq nəticə isə göz önündədir. 

***

Oskanyan özü də haqqında söz aç­dığımız hiyləgərlikdə, Qarabağı unut­durmağa çalışan sistemdə təmsil olun­muş biridir. Uzun müddət Azərbaycanla sülh danışıqlarının bilavasitə iştirakçısı kimi Ermənistanın prosesdə hansı ya­ramaz oyunlar oynadığının fərqindədir. Ən acınacaqlısı isə budur ki, keçmiş XİN rəhbəri belə gedişləri diplomatik bacarıq olaraq təqdim edir. Görünür, onun üçün Ermənistan prezidenti pos­tunu tutmuş Serj Sarkisyanın tualet adı ilə danışıqlar masasını tərk etməsi son dərəcə böyük məharət imiş. 

***

Əslində, məsələyə fərqli aspektdən yanaşsaq, deyə bilərik ki, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyəndə istər Koçaryandan, istərsə də Sarkisyandan min dəfə səmimi dav­ranmışdı. Erməni məkrini, ərazi iddia­sını açıqdan-açığa ortaya qoymuşdu. Bunu hansı ağıl və düşüncə ilə etmişdi, hansı cəsarətlə Ermənistan üçün, belə demək mümkünsə, ölüm hökmü çıxar­mışdı, hər nə idisə, həmin an Nikol ri­yakarlıq etməmişdi. Danışıqlardan tam uzaqlaşmış və 2018-ci ilədək aparılan nizamlama prosesinin vaxt udmaq na­minə olduğunu ortaya qoymuşdu. Os­kanyan isə bu fikirdədir ki, Paşinyan əvvəlki liderlər kimi davranmalı idi... 

Bəli, V.Oskanyan Ermənistanın ha­zırda boşqabda olduğunu söyləməkdə haqlı görünə bilər. Çünki Nikol vaxtilə irəli sürdüyü “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsinə əsaslanmış kor inadla xarici siyasət kursu müəy­yənləşdirməkdədir. Koçaryandan və Sarkisyandan fərqli olaraq, Paşinyanın dövründə anti-Azərbaycan ritorikası daha güclüdür və bu ritorika ölkəmizin nəinki Cənubi Qafqazdakı, bütövlükdə dünyadakı roluna demarş xəttini seçib. 

Bəli, elə buna görə də hazırda er­məni iqtidarı, Oskanyanın təbirincə desək, boşqabdadır və obrazlı ifadə etsək, boşqabda üzür, ancaq özünü okeanda üzürmüş kimi aparmaqdadır. Əlbəttə, demək olmaz ki, Oskanya­nın dediyi də elə budur. O, daha çox Paşinyan hakimiyyətinin səriştəsizliyi üzərinə fokuslanıb və elə zənn edir ki, təmsil olunduğu komanda iqtidarda qalsaydı, indiki durum yaranmayacaq­dı. 

***

Ermənistanın sabiq XİN rəhbərinin söylədikləri ilə əlaqədar mübahisə et­mək mümkündür. O anlamda ki, 2018-ci il inqilabından sonra İrəvanın siyasi kursu tamamilə dəyişdi. Həmin vaxta qədər ölkəni idarə etmək üçün heç bir bacarığa ehtiyac yox idi və Ermənista­nın o zamankı durumu araba kölgəsini öz kölgəsi hesab edən iti xatırladırdı. Oskanyan da itlərdən biri idi və hesab edirdi ki, hansısa müstəvidə atdığı ad­dım rəsmi İrəvanı Qarabağ avantüra­sında güclü tərəfə çevirir. Reallıq isə bu idi ki, həmin vaxt ölkə Rusiyanın himayəsinə sığınmışdı və Ermənistan Moskvanın kölgəsini öz kölgəsi kimi təsəvvürə gətirirdi. Oskanyan da bu ağılla 10 il XİN rəhbəri postunu tutmuş­du. 

***

V.Oskanyan özünün videomüraciə­tində N.Paşinyanın və onun komanda­sında təmsil olunanların son zamanlar haqqında söz açdıqları “Dünya kə­sişməsi” layihəsini də məsxərə pred­metinə çevirib. Əslində, bu baxımdan da sabiq XİN rəhbərini haqlı saymaq üçün əsaslar var. Məsələ ondadır ki, Paşinyanın “Dünya kəsişməsi” mahiy­yətcə Azərbaycanın Zəngəzur dəhlizi ideyasına alternativ kimi irəli sürülmüş təşəbbüsdür. Əgər Zəngəzur dəhlizi Azərbaycanın digər ərazilərini hazır­kı Ermənistanın bir hissəsindən keçib Naxçıvanla birləşdirirsə və bu, bütöv­lükdə, türk dünyasının birliyinə hesab­lanıbsa, Nikolun qaldırdığı təşəbbüs Ermənistanı tranzitə çevirir. Yəni, Fars körfəzindən Qara dənizə və Avropadan Çinə. 

Amma gerçəklik budur ki, Paşinyan “Dünya kəsişməsi” məntiqini qabart­maqla, ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycanın digər ərazilərini Naxçı­vanla birləşdirən yoldakı təhlükəsizlik nəzarəti funksiyasını heçə endirməyə çalışır, ərazinin suveren Ermənistana məxsusluğunu bildirib orada təhlükə­sizlik təminatını özü gerçəkləşdirmək məqsədi güdür. Təbii ki, böyük layihə­dəki başlıca oyunçular İrəvanın təh­lükəsizlik zəmanətinə etibar edənlər deyil, çünki Ermənistan müstəqil dövlət deyil, Qərbin təsiri altındadır və hər an layihənin hərəkətliliyini axsada bilər. 

Oskanyan qənaətinə görə, Paşin­yanın “Dünya kəsişməsi” layihəsində ölkə gümüş nimçəyə qoyulub və hələlik bilinmir ki, onu kimə verəcəklər. Qeyd edək ki, ümumən İrəvan anti-Azər­baycan ritorikası yürütməklə özünü beynəlxalq aləmdən təcrid durumuna salmaqdadır. Bu isə ölkəni, həqiqətən, məhvə aparır. Ancaq Oskanyan məhv ssenarisini, belə demək mümkünsə, daha parlaq düşünür, hiss olunur ki, tam şəkildə pessimizmə qapanıb. Bil­dirir ki, Qarabağın erməni əhalisi heç vaxt geri qayıtmayacaq: “Nə vaxtsa biz Azərbaycana anklavları verdiyimizi və 100 mindən çox azərbaycanlını qəbul etdiyimizi görəcəyik. Təəccüblənmə­yin, bu mümkündür. Ən inanılmaz ha­disə baş verərsə, təəccüblənməyin. Bu adamlar (Paşinyanın və komandasının üzvləri – red.) azıblar və nə etdiklərini bilmirlər”, - deyə Ermənistanın sabiq XİN rəhbəri müraciətini yekunlaşdırıb.

 

Ə.RÜSTƏMOV
XQ

Siyasət