Avropalı parlamentarilərin siyasi təxribatı

post-img

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirib. 

Komitənin bəyanatında  bildirilir: “Biz Avropa Parlamentinin rəhbərliyindən təkcə regionda bu təxribatçı fəaliyyətə müvafiq qiymət verməyə deyil, həm də humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadənin dayandırılmasını, həmçinin Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışmamağı və bununla da sülh prosesinə zərər verməməyi tələb edirik”.

 

XQ

 

Siyasət