Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib

post-img

Oktyabrın 31-də və noyabrın 1-də  Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında Ağdam, Bərdə, Laçın, Zərdab və Ağcabədidən qəbula gələn 96 vətəndaşı qəbul edib. Nazir səslənən  problemlərin həlli üçün qurumun aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Ağcabədidəki hərbi hissəsində olub, komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib, müvafiq tövsiyyə və konkret tapşırıqlarını verib. 

Sonda general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında iştirak edən polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin 42-si Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 202 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

XQ

 

Son xəbərlər