İcmanın BMT-yə məktubu rəsmi sənəd kimi yayılıb

post-img

Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.

Həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılıb.

XQ

 

Siyasət