Azərbaycan–Pakistan: hərbi əməkdaşlıq genişlənir

post-img

Noyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov Azərbaycan–Pakistan–Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

General A.Munir Azərbaycanın suverenliyi uğrunda canını fəda edən şəhidlərimizlə bağlı başsağlığı verib. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. İki ölkə ordularının qoşun növləri qərargahları arasında danışıqların aparılması və əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

***

Həmin gün müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.

Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.

***

Hərbi Hava Qüvvələrinin qərargahında müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla da görüş keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

XQ

 

Son xəbərlər