Xarici işlər naziri BƏƏ Prezidenti ilə görüşüb

post-img

Oktyabrın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb.

Diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində iki ölkənin İslam həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün səy göstərdiyi məmnunluqla qeyd olunub.

Həmçinin Azərbaycan və BƏƏ arasında mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

 

Siyasət