Bakı Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumuna ev sahibliyi edir

post-img

Sentyabrın 26-da Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu keçirilir.

XQ xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilən tədbir "Heydər Əliyev və Türk dünyası” mövzusuna həsr olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türk dövlətləri başçılarının görüşlərini və çıxışlarını özündə əks etdirən film nümayiş olunduqdan sonra çıxışlara başlanılıb.

Forumda yekun bəyanat qəbul olunacaq.

Tədbir işini sentyabrın 27-də yekunlaşdıracaq.

Siyasət