İlham Əliyevin böyüklüyü və dünyaya çağırış ruhu – tam suverenlik, Cənubi Qafqazda sülh, Ermənistana şans

post-img

Dövlət başçımızın Azərbaycan xalqına müraciətində bildirdikləri region üçün yeni inkişaf mərhələsinin mühüm anonsudur

 

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətində bildirdikləri onu deməyə əsas verir ki, torpaqlarımızda otuz ildən artıq müddətdə mövcud olan erməni separatizminin kökü kəsildi. 

Həqiqətən, bu, çox böyük hadisə­dir. Qətiyyətlə söyləyə bilərik ki, biz bir toplum olaraq qürurverici, fəxarət dolu olaya şahidlik etdik. Əlbəttə, olayın müstəsnalığının ən mükəmməl ifadə­çisi elə dövlətimizin başçısının özüdür. Onun müraciətindəki hər fikir Azərbay­can xalqı üçün tarixi əhəmiyyət kəsb edən hadisənin miqyasını Cənubi Qafqaz, bütövlükdə isə, dünya müstə­visinə daşıyır. İlham Əliyev böyüklüyü də elə budur. 

***

Azərbaycan Prezidenti, ilk növbə­də, lokal xarakterli antiterror tədbirləri­ni zəruri edən məqamlardan söz açır. Mövcud istiqamətdə mükəmməl xrono­loji təsvirə üstünlük verir. Ermənistan və Qarabağdakı separatçı rejimin 19 sentyabr tarixinin yaşanmasını doğu­ran “fəaliyyətinin” ayrı-ayrı məqam­larını vurğulayır. Dövlətimizin başçısı diqqəti mina terroruna yönəldir. O ter­rora ki, 2020-ci ildən bu yana xeyli say­da can alıb. “Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş mina­lardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”.

Nəinki qorxunc kabusa çevrilmiş mina terroruna, ümumən, 44 günlük müharibədən sonra reallaşdırılmış çoxsaylı təxribat əməllərinə, atəşkəsin pozulması hallarına və digər neqativ məqamlara görə cavab verilməli idi və verildi də. Dövlətimizin başçısının vur­ğuladığı kimi, qarşıda duran bütün və­zifələr cəmi bir gün ərzində yerinə ye­tirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onun istənilən oyunbazlığı layiqli cavabını alacaq. 

Ancaq bu cavabın özündə də hu­manizm və ədalət prinsipləri gözlənildi. Qarabağda yaşayan erməni sakinlər zərbə altına düşmədi, onların həyatları üçün təhlükə yaradan amillər ciddi şə­kildə nəzərə alındı. Əslində, peşəkarlıq elə budur. Ona görə cənab Ali Baş Ko­mandan lokal xarakterli antiterror təd­birlərini həyata keçirən hərbçilərimizin əməyinə böyük dəyər verir. Bu dəyər müstəsna qədirbilənlik nümunəsidir: “Bir daha demək istəyirəm ki, ordu­muzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şəra­it yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

Azərbaycan Prezidenti müraciətində lokal xarakterli antiterror tədbirləri zama­nı həlak olmuş Vətən övladlarının xatirə­sini də yüksək qədirbilənliklə yad edir. Bu məqamın üzərində dayanmağa ehtiyac var. Çünki dövlətimizin başçısının bütün fikirləri reallıqla ciddi fiksasiya təbiətinə malikdir. Lokal xarakterli antiterror təd­birlərinədək mövcud olan bir reallığa da diqqət çəkərək bildirək ki, Vətən uğrunda canını fəda etmiş şəxslər torpaqlarımızın azadlığı naminə şəhid olmuşlar. Cənab İlham Əliyev müraciətində bu barədə de­mişdir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin! Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbay­canın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”.

***

Bəli, lokal xarakterli antiterror təd­birlərinin başlıca hədəfi suverenliyimizin tam bərpası idi. Nəzərə alaq ki, əvvəldə haqqında söz açdığımız mina terroru da məhz bunun nəticəsi idi. Artıq Xankən­dili, Ağdərəli, Əsgəranlı, Xocalılı, Xo­cavəndli Azərbaycanda yaşayırıq. Uca Tanrı bu xoşbəxt günü bizə nəsib edib. Bu xoşbəxt günə Prezident İlham Əliye­vin qətiyyəti və prinsipiallığı ilə çatdıq. Mövcud səbəbdəndir ki, dövlət başçımız xalqa müraciətində ölkəmizin lokal xa­rakterli antiterror tədbirləri ilə bağlı qə­tiyyətli mövqeyini bir daha ortaya qoyur. Axı, Azərbaycan ictimaiyyəti 23 saat 43 dəqiqə ərzində Ermənistanın və xaricdə­ki havadarlarının ölkəmiz əleyhinə yağ­dırdıqları hədyan dolu fikirlərə sinə gərdi. Daha doğrusu, onların anti-Azərbaycan baxışlarına bir daha şahidlik etdi. Onu da nəzərə alaq ki, onların 44 günlük Vətən müharibəsi dönəmindəki həyasızlıqları yaddan çıxmayıb. Amma necə ki, o vaxt bütün cəhdləri faydasız olmuşdu, yenə eyni aqibətlə üzləşdilər. 

O da məlumdur ki, ermənipərəstlər dünya güclərini Azərbaycana qarşı qal­dırmaq yolu tuturlar. Hərəkətləri ilə onla­rın baxışlarına təsir göstərməyə çalışırlar. Ümumən, dünya erməniliyi bu “amplua­da” xeyli təşkilatlanmış struktura malikdir. Müxtəlif ölkələrin liderlərinin Azərbaycan Prezidentinə telefon zənglərini də, saxta sülh çağırışlarını da müəyyən mənada həmin “ampluadan” irəli gələn “fəaliyyə­tin” nəticəsi kimi qiymətləndirmək müm­kündür. Bütün bunların qarşısında duruş gətirmək isə adi məsələ deyil. Cənab İlham Əliyev xalqımız üçün həm də bu duruşun, dirənişin rəmzidir. Ona görə də onun xalqa müraciətindəki aşağıdakı fi­kirlərlə, sözün əsl mənasında, öyünməyə dəyər: “Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbir­lərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaş­mış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zaman­da, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbay­can antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimi­zi də yaxşı bilir”.

Bəli, hərbçilərimizin Ali Baş Koman­danın cəsarətindən, prinsipiallıq və qə­tiyyətindən nəşət alan qəhrəmanlığı və rəşadətini görən, sona qədər gedəcəyi­mizi bilən separatçılar təslim olmaq məc­buriyyətində qaldılar. Onlar Ermənistanın bayrağına bənzər əski parçalarını ağ bayrağa dəyişməkdən başqa çıxış yol­larının qalmadığına əmin oldular. Əmin oldular və ölkəmizin şərtlərini qəbul et­məyə, tərksilaha, bölgəni tərk etməyə ra­zılaşdılar. Ən əsası isə Yevlaxa ölkəmizin nümayəndələri ilə görüşə gəlmək niyyət­lərini açıqladılar. Halbuki, indiyədək bun­dan boyun qaçırırdılar. Necə deyərlər, özlərini qaldırıb dağın başına qoyurdular. Azərbaycan Prezidentinin xəbərdarlıqla­rından nəticə çıxarmırdılar. 

Xəbərdarlıqdan söz düşmüşkən, dövlətimizin başçısı sonuncu xəbərdar­lığını bu il mayın 28-də Laçın sakinləri ilə görüşündə kifayət qədər açıq və sərt tərzdə ifadə etmişdi: "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca get­di. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı ol­maq, öz saxta “dövlət atributları”nı zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya, orada “parlament” fəaliyyət göstə­rir, guya, orada prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanı­mız var. Ona görə “parlament” buraxıl­malıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təq­dirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söh­bət gedə bilər”.

*** 

Bəli, Ermənistan rəhbərliyi, sepa­ratçı rejim xəbərdarlıqları heçə sayırdı. Ümumən, onlar illərlə edilmiş xəbərdar­lıqlardan, çağırışlardan nəticə çıxarmır­dılar. Baxın, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi gerçəkləşdi, əv­vəlki xuntanın yerini özlərini demokrat kimi qələmə verən şəxslər tutdu. Amma gördük ki, mənfur kurs dəyişmədi. Ək­sinə, daha da azğınlaşma getdi. “Qara­bağ Ermənistandır və nöqtə” bəyanatı eşidildi, Cəbrayıla yol çəkmək istənildi, müqəddəs Şuşamızda, Cıdır düzündə “yall” getdilər. Bir sözlə, “torpağı tutmu­şuq, bizimdir. Vəssalam!” ritorikası kimi sərsəmlik ortaya atıldı. Bu sərsəmliyə ən son nöqtə sentyabrın 20-də qoyuldu. Bu yerdə Azərbaycan Prezidenti çox haq­lı olaraq soruşur: “Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi?”

Əlbəttə, xeyir gətirmədi və bu barə­də Ermənistan rəhbərliyi, ümumən er­məni cəmiyyəti düşünməlidir. Ölkənin tipik erməni xəstəliyinə yoluxmuş ziyalı industriyası indiyədək düşünməyib, heç olmasa, bundan sonra düz yola gəlmə­yin vacibliyini anlamalıdır. Düşmənçilik, ədavət səhifəsini bağlamaq, qeyri-insani təsəvvürlərdən, xam xəyallardan uzaq durmaq üçün özündə cəsarət tapmalı­dır. Bütövlükdə, ermənilər anlamalıdırlar ki, azərbaycanlılardan, türklərdən düş­mən obrazı uydurmaları və həmin obra­za qarşı mübarizə zəminində böyümək istəmələri avantürizmdən başqa bir şey deyil. Yəni, belə böyümək, güclənmək ol­mur. Başqalarının torpağına göz dikmək yolverilməzdir, qonşularla doğru-düzgün keçinmək şərtdir. 

***

Tarix ibrətdir, – deyirlər. Bir vaxtlar azərbaycanlıları Yevlaxa qədər qov­maqdan danışırdılar. Dünən Yevlaxa dialoq üçün gəldilər. Bu durum heç bir millət üçün arzuolunan hal deyil. Digər tərəfdən, antiterror tədbirləri başlanan­da Ermənistan baş naziri Nikol Paşin­yan bəyan etdi ki, ölkəsi münaqişəyə girməyəcək. Əlbəttə, o, siyasi baxımdan doğru qərar verdi. 

Fikrimiz heç də bu məqamları qabar­dıb Ermənistanı, yaxud erməni xalqını alçaltmaq deyil. Erməni millətçiliyinin qəddar, qaniçən simasını canlandırmaq niyyətindən də uzağıq. Buna heç ehtiyac da yoxdur. Sadəcə, sərt reallıqlar var. Sözümüz və istəyimiz ondadır ki, həmin reallıqlar düşünülsün. Axı, düşünülməsi bizə də sərfəlidir. 

Halbuki, tam fərqli durum ola bilərdi. Bölgəmiz “Qafqazın Benilüksü”nə çev­rilmək şanslarını təxirə salmazdı. Ona görə Azərbaycan Prezidenti bildirir: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmiz­dən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiya­laşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çək­sinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar mə­kanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Er­mənistan dövlətinin dünən və bu gün sər­gilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzala­yacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.

Bəli, bu gün bütün olanlara baxma­yaraq, Prezident İlham Əliyev böyüklük göstərərək bir daha Ermənistana, Qa­rabağ ermənilərinə əlini uzadır. Onları “Qafqaz evi” ideyası ətrafında sıx bir­ləşməyə çağırır. Bu, müstəsna nəciblik, humanizm nümunəsidir. Bu, yaşadığımız coğrafiyanı inkişafa daşımaq əzminin göstəricisidir. Azərbaycanın lideri təklif edir ki, Cənubi Qafqaz müharibələrsiz, münaqişələrsiz məkan olsun. Bu mə­kanda yaşayanlar özlərində mənfi təma­yüllərə - ekstremizmə, millətçiliyə, şovi­nizmə qarşı immunitet, müqavimət hissi formalaşdırsınlar, xarici faktorlar üçün si­yasi alətə çevrilməsinlər. 

Dövlətimizin başçısı xalqa müraciə­tində gələcək inkişaf üçün təminatlar da verir. Sözü imzası qədər dəyərli olan cə­nab İlham Əliyev Qarabağ ermənilərini bu təminatın əməli iş müstəvisinə şahid­liyə, durumdan faydalanmağa çağıracaq qədər böyük liderdir. “Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bü­tün Qarabağı və Şərqi Zəngəzuru yeni­dən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş gö­rülməyib – elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ər­zində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviri­rik, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yara­dacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi”, - deyən ölkəmizin rəhbəri bu dönüş nöqtəsinin Azərbaycan-Ermənis­tan sülh prosesinə müsbət təsir göstərə­cəyinə ümidvar olduğunu açıqlayır. 

Ermənistan Azərbaycana münasibət­də konstruktiv davranmalı, yola getməyi bacarmalıdır. Birincisi, Prezident İlham Əliyev bu prosesin müsbət tərəflərin­dən, dividendlərindən söz açır, ikincisi isə Azərbaycan hər ötən gün daha da qüdrətli olur. Ermənistan və havadarları anlamalıdırlar ki, nə qədər güclənsələr də, ən azı təbii potensial, insan resurs­ları baxımından, ölkəmizdən həmişə geri qalacaqlar. Yəni, gücü şərtləndirən sadə amillər belə hər zaman bizim tərəfimiz­dədir. Güc isə özü ilə hesablaşılmasını qaçılmaza çevirən faktordur. Elə dövlə­timizin başçısının vurğuladığı da məhz budur: “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, tor­pağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unut­masınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bi­zimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

***

Sonda ümumiləşdirmə apararaq belə nəticəyə gəlmək mümkündür ki, Prezi­dent İlham Əliyevin Azərbaycan xalqına 20 sentyabr 2023-cü il tarixli müraciəti həm də erməni xalqına ünvanlanmış, ki­fayət qədər, əhatəli məzmuna malik ma­nifest idi. Çünki müraciət onlara çağırış ruhludur. Yazımızı nikbin notlarla bitirmək üçün dövlətimizin başçısının müdrik dü­şüncələri ilə məsələyə yenidən qayıdaq və fikrimizi tamamlayaq: “Dünyanın o ba­şında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysun­lar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümid­lər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz ara­larında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələ­cək əməkdaşlıq haqqında işləməyə baş­layacaqlar”. 

Əvəz CAHANGİROĞLU
XQ





Siyasət