Qarabağın erməni icmasının nümayəndələri Yevlaxda

post-img

Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbay­can Respublikası Prezidentinin xüsusi nümayən­dəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayən­dəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Qarabağın erməni sakinlərini isə Sergey Marti­rosyan və David Melkumyan təmsil ediblər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

Görüşdə Azərbaycan Respublikasının Kons­titusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edilib.

Qarabağın erməni icmasının nümayəndələri Yevlax görüşündən sonra rayonu tərk ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qara­bağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qara­bağın erməni sakinlərinin nümayəndələrinin Rusi­ya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri da­yandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın er­məni sakinlərinin nümayəndələri ilə 2023-cü il sent­yabrın 21-də Yevlaxda görüş təyin edildi.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləş­mələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlar­dan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermə­nistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sur­sat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sül­hməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

XQ

Siyasət